Çexiyanın paytaxtı Praqada keçirilən qadınlar arasında basketbol üzrə Avropa Liqasında Türkiyə bayrağına hörmətsizlik edildiyini xəbər vermişdik.
"Football-plus.az" saytının əldə etdiyi məlumata görə, problem artıq həll olunub. Nəzarətçilər və ev sahibi "Praqa" klubunun üzvləri Türkiyə təmsilçilərindən üzr istəyib.
Bununla yanaşı, sabah baş tutacaq "Mersin" - "Fənərbaxça" finalında tribunalar Türkiyə bayraqları ilə doldurulacaq. Bunun üçün artıq yüzlərlə bayraq sifariş olunub.
Çexiya Basketbol Federasiyası final qarşılaşmasının Türkiyə klublarını məmnun edəcək şəkildə keçiriləcəyi haqda söz verib.
KƏNAN BAHADIR
Bayraq qalmaqalına görə üzr istənildi
Manşet




