• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İş görə bilməyib danışmağı sevən De Byazi - KÖŞƏ

Yığma / Yazarlar

31-03-2023, 22:0

Belə bir atalar sözümüz var: “əlindən bir iş gəlməyən on danışar”.

Bu el məsəli tam milli komandamızın baş məşqçisi Canni de Byazinin əyninə biçilib. Adamın CV-sinə baxırsan, mat-məəttəl qalırsan ki, Albaniya millisinə necə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırıb? Yadınıza salım ki, orda da bəxti gətirib. Niyə? UEFA elə Albaniya ilə oyunda Serbiya millisinə texniki məğlubiyyət verdiyi üçün De Byazinin rəhbərlik etdiyi komanda AÇ-yə vəsiqə qazandı. Digər işlədiyi yerlərdə isə olduqca uğursuz olub. İtaliyalının maksimumu hansısa komandanı Millətlər Liqasında ikinci etməkdi. Daha yaxşısına indiki halda gücü çatmır.

Nəyə görə düşünürəm ki, De Byazinin əlindən bir iş gəlmir? İzah edim. Adam premyer-liqanın bütün oyunlarına gedir, futbolçuları izləyir. Görüşlərdə köməkçiləri ilə müntəzəm nələrisə danışdığını görürük. Amma ortaya çıxardığı işə baxaq. Adam sanki futbolçuların durumundan xəbərdar deyil. Bir aydı “Sabah”da oynamayan, zədəsini millinin düşərgəsində tam sağaldan Bəxtiyar Həsənalızadəni ilk “11-lik”də meydana buraxmaq italiyalının danışmaqdan başqa nəsə etmədiyinin bariz nümunəsidi.

Görmüşük ki, 0:5 uduzan komandanın baş məşqçinin oyundan sonra ilk fikri üzr istəmək olur. Lakin De Byazi mətbuat konfransında deyir ki, əla oynadıq. “İlk 37 dəqiqəni yaxşı çıxış etdik, lakin sonradan hər şey bərbad oldu” desəydi, onunla razılaşardım. Amma “əla oynadıq”, - deyə fikir səsləndirmək məzələnməkdi. Bəli, italiyalı mırt tutur. Azərbaycan futbol ictimaiyyətini ələ salır, AFFA rəhbərliyini, futbolçuları məzə obyektinə çevirir. Bunun başqa adı yoxdu.

Buna kimsə “dur” deməlidi. Təbii ki, söz sahibi AFFA rəhbərliyi və İcraiyyə Komitəsidi. Orda yer alanlar italiyalının başa salmalıdı ki, bu ölkədə futboldan anlayışı olan yetərincə insan var. Onlar nəyin yaxşı, nəyin pis olduğunu bilirlər. Biz futboldan heç anlayışı olmayan ölkə deyilik. Azərbaycan klub səviyyəsində son 10 ildə müntəzəm Avropa səviyyəli turnirlərdə iştirak edir. 8 il öncə hətta iki komandamız Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Qarabağ” iki mövsümdü Konfrans Liqasının pley-offuna vəsiqə qazanır. Orda çıxış edənlərin əksəriyyəti azərbaycanlılardı. Güvəndiyi Ramil Şeydayev, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Riçard Almeyda, Filip Ozobiç, Toral Bayramov, Bəhlul Mustafazadə Ağdam təmsilçisinin əsas üzvləridi. Onlar öz komandaları ilə iki ildi tarix yazırlar. Necə olur ki, “Qarabağ”ın matçlarında Avropa səviyyəli kollektivlərlə oynamağa gücləri çatır, amma millidə yox? Azərbaycanlı məşqçi Qurban Qurbanov bu futbolçulardan yaxşı komanda, ilk “11-lik” formalaşdıra bilir, amma Albaniya millisi ilə AÇ-yə vəsiqə qazanan De Byazi yox? İtaliyalı yuxarıda qeyd olunan 7 futbolçunun hamısını meydana buraxsaydı, kimsə ona nəsə deyəcəkdi? Yox! Hətta yığma daha keyfiyyətli oyun nümayiş etdirəcəkdi. De Byazi və onun müdafiəçiləri söyləyə bilər ki, “Qarabağ”ın heyətində keyfiyyətli legionerlər var, uğur qazanmalarının sirri budu. Yalandı! Tutaq ki, yuxarıda qeyd etdiyim futbolçuların hamısı ilk “11-lik”də yer aldı. Qalır cəmi 4 futbolçu. Müəyyən qədər qapıda problem ola bilər ki, bununla razıyam. Millimiz son iki oyunda bu baxımından əziyyət çəkdi. Bəs qalan 3 seçim? “Qarabağ”ın legionerləri Emin Mahmudovdan iki-üç baş üstündülər? Qara Qarayev və Julio Romao Eddi İsrafilovdan çox güclüdü? Marko Veşoviç Azər Əliyevi və ya Höccət Haqverdini çox şeydə qabaqlayır? Bu sualların hamısının cavabı “yox”du.
İndi milli üçün ilk “11-lik” formalaşdıracam. Elə De Byazinin istifadə etdiyi sxemdən yararlanacam. Qapıda Səlahət Ağayev dayansa, müdafiənin solunda Elvin Cəfərquliyev, mərkəzində Anton Krivotsyukla Bəhlul Mustafazadə, sağında Höccət Haqverdi yer alsa, Eddi İsrafilov və Riçard Almeyda dayaq yarımmüdafiəçisi kimi çıxış etsə, Emin Mahmudov pleymeykerlik etsə, Toral Bayramovla Ramil Şeydayev əks istiqamətlərdə vinger olsa, hücumda Musa Qurbanlı qərarlaşsa, Avstriya və İsveç millisi ümumilikdə Azərbaycana 9 qol vura bilərdi? Təbii ki, yox! Hər iki oyunda məğlub da ola bilərdik. Amma belə biabırçılıq yaşanmayacaqdı. Təbii ki, De Byazi də bunu edə bilərdi. Amma etmədi. Niyəsini bilmirəm. Ola bilər ki, “Qarabağ”ın uğurlarının fonunda komanda formalaşdırmaq istəmir. Ya da həqiqətən bu haqda düşünə bilmir. Bildiyimiz bir şey var ki, De Byazi Azərbaycan millisində danışmaqdan başqa heç nə edə bilmir.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

7-04-2022, 14:0

"Rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil!" - De Byazi

Yığma

1-12-2022, 09:0

Canni de Byazi Azərbaycan millisindən ayrılır? - İDDİA

Yığma / Manşet

13-09-2022, 19:0

De Byazinin milli komanda ilə bağlı planı - ÖZƏL

Aktual
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
Son xəbərlər
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə