"Sabah"ın Jelko Sopiçin vergi borcu ilə bağlı rəsmi mövqeyi

11.03.2023 13:50 343
Ölkə futbolu
"Sabah”ın sabiq baş məşqçisi Jelko Sopiçin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

"Football-plus.az" xəbər verir ki, məlumatı "Qafqazinfo" yayıb.

Mütəxəssis barədə Bakı Kommersiya Məhkəməsi qərar çıxarıb. Belə ki, Sopiç dövlət büdcəsinə 4600 manat vergi borcunu ödəmədiyi üçün ölkəni tərk etməsinə qadağa qoyulub.

Onunla bağlı Dövlət Vergi Xidməti tərəfindən qaldırılan iddia hakim Leyla Əliyeva tərəfindən təmin olunub.

Maraqlıdı ki, xorvatiyalı mütəxəssis hazırda Azərbaycanda deyil. Qanunlarımıza görə, ölkədə olmayan şəxsin çıxışına məhdudiyyət qoyulursa, həmin şəxs nə vaxt Azərbaycana gələrsə, onun ölkədən çıxışı qadağan edilir.

Görəsən, Şopiçin maaşının vergisi ödənilməyib? Ümumiyyətlə, bu nə borcdu? Məsələ ilə bağlı "Sabah"dan rəsmi mövqe öyrənmək qərarına gəldik. Klubun mətbuat katibi Elnur Həmidov bunları söylədi:

"Sabah"ın əməkdaşları qarşısında əsas öhdəliyi müqavilə əsasında ödənişlərin vaxtında edilməsidi ki, bu baxımdan da heç bir əməkdaşımızla hansısa problem yaşanmayıb".


Xatırladaq ki, Sopiç 2019-20-ci illərdə “Sabah”ın baş məşqçisi olub.

İLKİN SULTANLI