Əliyar Ağayevin idarə edəcəyi Yunanıstan Kuboku oyununun vaxtı məlum oldu

8.03.2023 12:27 273
İdman
“Olimpiakos” və AEK arasında keçirilməli olan, lakin Yunanıstanda baş verən qatar qəzası səbəbindən təxirə salınan ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununun keçiriləcəyi vaxtı məlum olub.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma martın 13-də baş tutacaq. Görüş Bakı vaxtı ilə 19.00-da start götürəcək.

Qeyd edək ki, “Olimpiakos” - AEK oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edəcək.