Açıq Avropa turnirində 2 cüdoçumuz tatamiyə çıxır

26.02.2023 12:54 227
İdman
Polşanın paytaxtı Varşava şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turniri davam edir.

Turnirin ikinci günü qadınların yarışında 70 kq çəkidə Günel Həsənli və 78 kq-da Aytəkin Paşazadə medallar uğrunda mübarizə aparacaq. İlkin görüşlərə saat 12.00-da start verilib.