Qızlar üçün “ustad dərsi”

16.02.2023 11:03 260
İdman
Beynəlxalq Cüdo Federasiyasının (İJF) akademiyasının ekspertləri qızlara “ustad dərsi” keçib. Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, qurumun təşəbbüsü ilə baş tutan məşğələlər yeniyetmə və gənclərdən ibarət yığmanın üzvləri üçün təşkil olunub.

“Ustad dərsi” İJF akademiyasının ekspertləri Məsut Kapan və Rio-2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı Tina Trestinyak tərəfindən keçirilib. Trestinyak bəzi cüdo texnikasını, xüsusilə də beynəlxalq turnirlərdə və Olimpiya Oyunlarında istifadə edərək qalib gəldiyi fəndləri idmançılara göstərib. Onun sözlərinə görə, idmançılar sırasında potensialı böyük olan qızlar var və onlar təcrübə toplamaqla gələcəkdə beynəlxalq səviyyədə nəticə əldə edəcək. Ekspertlər cüdo fəndlərinin idmançılar tərəfindən düzgün yerinə yetirilməsinə nəzarət edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul