“Bakı” “zirzəmi”də ilişib

15.02.2023 16:59 224
İdman
Kişi həndbolçular arasında ölkə çempionatında 13-14-cü turun oyunları keçirilib.

Qarşılaşmalardan öncə Türkiyədə baş verən zəlzələdə həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib. İlk görüşdə "İdman Akademiyası" "Bakı"nı 36:31 hesabıyla məğlub edib. “Təhsil” isə RİOEUGİM-i üstələyib - 55:29. Favoritlər növbəti marçlarda da qələbə qazanıb. “Təhsil” RİOEUGİM-i 58:31, “İdman Akademiyası” isə “Bakı”nı 39:25 hesabıyla yenib.

Xal durumu: İdman Akademiyası – 27, Məhsul, Təhsil – 21, Dinamo – 12, RİOEUGİM, U-16 – 3, Bakı - 1.