Azərbaycan çempionatında iki turun oyunları keçirilib

13.02.2023 16:04 253
İdman
Kişi həndbolçulardan ibarət Azərbaycan çempionatında XIII və XIV turun oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, 13-cü turun matçlarından əvvəl Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İlk görüşdə "İdman Akademiyası" "Bakı"nı 36:31 hesabı ilə məğlub edib. “Təhsil” RİOEUGİM-i böyük hesabla üstələyib - 55:29.

14-cü tur da favoritlərin qələbəsi ilə başa çatıb. “Təhsil” - RİOEUGİM-ə qalib gəlib - 58-31. “İdman Akademiyası” isə “Bakı”nı məğlubiyyətə uğradıb - 39:25

“İdman Akademiyası” 27 xalla liderliyi davam etdirir. Hərəyə 21 xalı olan “Məhsul” və “Təhsil” komandaları ikinci-üçüncü yerləri bölüşür.

“Dinamo” 12 xalla 4-cüdür. RİOEUGİM və “U-16”-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla son pillədə qərarlaşıb.