Azərbaycan İdman Jurnalistləri İB ilə İdman Könüllüləri və Azarkeşləri İB arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlanıb.
Dünən sənədi uyğun olaraq hər iki birliyin rəhbəri - Azər İsmayılla Atanur Cəfərli imzalayıb. Maraqlıdı, bu addım nəyə xidmət edir? Onlar gələcəkdə hansı şləri görməyi planlaşdırır? "Football-plus.az" saytı olaraq suallarımıza cavab tapmaq üçün Atanur Cəfərli ilə əlaqə saxladıq:
"Hər iki təşkilat idman sahəsinə bağlıdı, işimiz bir-birinə oxşardı. Ona görə həm bir-birimizə dəstək olmaq, həm də birlikdə bəzi layihələri gerçəkləşdirmək istəyirik. Artıq bəzi fikirlərimiz var ki, bu da idmanın inkişafına töhfə olacaq. İdman könüllülərinin fəaliyyətini jurnalistlər işıqlandıracaq. Biz də əlimizdən gələn dətsəyi onlara göstərəcəyik. Layihələrimiz barədə isə bir qədər də dəqiqləşdirmə aparıb yekunlaşdırandan sonra ətraflı məlumat verərik".
ŞAİR ABDULLA