• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lam “Frayburq”a tərif yağdırdı

Manşet / Müsahibə

30-12-2022, 16:0

Yaxın keçmişin tanınmış almaniyalı oyunçularından olan Filipp Lam bundesliqanın rəsmi saytına müsahibə verib.

Football-plus.az xəbər verir ki, Almaniya yığması ilə 2014-də dünya çempionu olan və “Bavariya”nın heyətində ÇL də daxil olmaqla saysız-hesabsız titul qazanan 39 yaşlı Lam DÇ-2022-nin Qətərdə keçirilməsini ən çox tənqid edənlərdən biri oldu. Amma budəfəki müsahibəsində o, son mundiala toxunmayaraq əsasən Almaniya çempionatında ilin yekunlarından və yeni illə bağlı gözləntilərindən danışıb.

- 2022-ni başa vurmaq üzrəyik. Sizcə, bu il bundesliqanın ən yaxşı oyunçusu seçilməyə kim layiqdi?
- Belə suallara cavab vermək həmişə çətindi. Özü də bu il mundial üzündən bir qədər qeyri-adi alındı. Həm də belə oyunçunu seçərkən, təbii ki, DÇ-dəki performansı da nəzərə almaq lazımdı. Ona görə də bir nəfəri seçməli olsam, Dortmund “Borussiya”sının və İngiltərə yığmasının üzvü Cud Bellingemə üstünlük verərdim. İnanılmaz sürətlə inkişaf edir. Gənc yaşına rəğmən, həm klubda, həm də yığmada artıq aparıcı oyunçulardan sayılır. Təbii ki, Camal Musialanı da unutmaq olmaz. O, cari mövsümü mükəmməl səviyyədə keçirir. “Bavariya”nın heyətində az qala iştirak etdiyi hər matçda meydanda fərq yaratmağı bacarır. Elə DÇ-də də Musiala səviyyəsini göstərərək hər üç qarşılaşmada yaxşı təsir bağışladı. Məhz bu iki futbolçu ili başqalarından yüksək səviyyədə keçirdi. Digər klublarda da fərqlənən oyunçular var. Amma problem ondadı ki, həmin klublar qeyri-sabit oynayıblar. Məsələn, 2021/22-nin ikinci dövrəsindəki “Bayer-04” ilə 2022/23-ün 1-ci dövrəsindəki “Bayer-04” arasında inanılmaz fərq var. Elə “Leyptsiq” də cari mövsümə çox çətin başladı. Amma bu komandanın heyətində istənilən halda Kristofer Nkunkunu qeyd etmək lazımdı. Heyif ki, zədə üzündən bu cür oyunçunu mundialda izləyə bilmədik.

- Bəs 2023-də hansı gənc oyunçuları diqqətlə təqib edəcəksiz?
- Bu suala cavab verərkən də ilk növbədə Bellingemlə Musialanı vurğulamalıyam. Çünki onlar hələ çox gəncdi və inkişaf edirlər. Biz hələ də onların tam potensialını görməmişik. Bu üzdən bu futbolçuları izləmək maraqlı olacaq. Bu siyahıya daha iki adı əlavə edərdim. Bunlardan biri “Leyptsiq”li Yoşko Qvardioldu. Mənim üçün 2022-də o, nəinki bundesliqanın, hətta dünyanın ən yaxşı müdafiəçilərindən biri oldu! Xorvatiyanın heyətində mundialı da əla keçirdi. Amma bundan sonra artıq tanınmış oyunçulardan sayıldığı üçün üzərində təzyiq olacaq. Diqqətimi cəlb edən daha bir gənc istedad Florian Virtsdi. “Bayer-04”ün üzvü də eynilə Bellingem və Musiala kimi gənc yaşda bundesliqada özünü göstərməyə müvəffəq oldu. Amma ağır zədə onu bir qədər geri saldı. Onun qayıdışını səbirsizliklə gözləyirəm. İnanıram ki, qayıdandan sonra əvvəlki formasını bərpa edə biləcək.

- Bəs bu il bundesliqada yaxşı mənada təəcübləndirən klub hansı oldu?
- İlk növbədə “Frayburq”un adını çəkərdim. 2021/22-nin sonluğunu yaxşı keçirərək AL-in qrup mərhələsində oynamaq haqqı qazandı. Bu mövsüm də “Frayburq” üçün möhtəşəm başladı. İştirak etdikləri bütün turnirlərdə inamlı təsir bağışlayırlar. Bu komandanın uğurunun sirri baş məşqçi Kristian Ştrayxın konkret oyun fəlsəfəsinin olmasındadı. Rəhbərlik ona güvənməklə çox düzgün addım atır. Bir il ərzində bu qədər sabit oynamaq və oyun planına sadiq qalmaq alqışlanası məqamdı.

- Bəs başqa hansı sürpriz klubları qeyd edə bilərsiz?
- “Union”u da bu siyahıya əlavə etmək olar. Onlar da 2021/22-nin ikinci dövrəsini güclü keçirdilər və 5-ci yeri tutaraq AL-ə vəsiqə qazandılar. Bu mövsümü də, göründüyü kimi, yaxşı keçirirlər və artıq AL-in də pley-offundadılar. Belə oyun fəlsəfəsi olan klublar həmişə diqqəti cəlb edir və gözə xoş gəlir. Heyəti və büdcəsi güclü olmayan, dünya səviyyəli ulduzlara malik olmayan klublar öz oyun dəst-xəttinə güvənməlidi. “Frayburq”la “Union” da məhz bu yolla irəliləyir. Bəlkə də onların uğurlu çıxışı bir neçə həftəlik olsaydı, diqqəti bu qədər cəlb etməzdi. Amma bu klublar artıq neçənci mövsümdü əla çıxış edirlər.

- Sizin üçün bundesliqada ilin məşqçisi kimdi?
- Birmənalı şəkildə Kristian Ştrayx. Urs Fişer də “Union”un başında böyük işlər gördü. Amma Ştrayxın davamlılığı və ortabab bir klubda bu qədər uzun müddət işləyə bilməsi məni heyrətləndirir. Futbola baxış tərzi və inkişaf strategiyası ilə “Frayburq”u ölkənin ən sabit klublarından birinə çevirdi. O, baş məşqçi vəzifəsinə gəldiyi gündən etibarən klub yalnız inkişaf edir. Artıq bundesliqanı “Frayburq”suz təsəvvür etmək mümkün deyil. İlbəil oyunçular dəyişsə də, komandanın nəticələri dəyişmir. Bax, əsil məşqçi işi məhz budu.

- 2022-ci ildə bundesliqada performans və oyun tərzi baxımından yeni trendlər müşahidə etdizmi?
- Topa sahibolma və yüksək pressinq getdikcə populyarlaşır. Bu il bir çox klubda bunu gördük. Amma az öncə haqqında bəhs etdiyim “Frayburq”la “Union” bu siyahıya daxil deyil. Onların oyun tərzi fərqlidi. İkisi də ilk növbədə müdafiədə kompakt olmağa və komanda şəklində müdafiə olunmağa çalışırlar. Elə son mundialda da belə oynamağa səy göstərən komandalar az deyildi. Ümumiyyətlə, müasir futbolda müdafiədə yaxşı təşkilatlanmaqla yanaşı, topa sahib olmağı bacarmaq və hücuma tez çıxmaq çox önəmli amillərdi. 2023-cü ildə bu trendin necə davam edəcəyi mənə maraqlıdı. “Union”la “Frayburq”un timsalında görürük ki, bundan düzgün istifadə etməklə nəticə qazanmaq mümkündü. DÇ-də də bu tendensiyanı gördük. Yarımfinala yüksələn 4 komandanın hər biri kompakt müdafiə olunmağı, bununla yanaşı, hücumda rəngarəng olmağı bacarırdı.

- Bundesliqada mövsümün qalan hissəsindən nə gözləyirsiz? Proqnozlarınız necədi?
- Sürpizlər gözləyirəm. Bunu çempionluq mübarizəsi üçün yox, ÇL-ə vəsiqə verən zona ilə bağlı söyləyirəm. Ola bilər ki, heç kimin gözləmədiyi bir komanda sonda “dördlüy”ə düşsün. Turnir cədvəlinə baxsaq, görərik ki, bunun baş verməsi ehtimalı yüksəkdi. “Frayburq” hazırda 2-ci pillədədi. Son illər onları AL-də izləmişik. Bu dəfə isə ÇL-də izləmək maraqlı olar. Düzdü, istənilən halda ilk “3-lüy”ün “Bavariya”, Dortmund “Borussiya”sı və “Leyptsiq”ə qismət olacağını düşünürəm. “Bayer-04” isə mövsümün əvvəlində həddən artıq çox xal itirdi. Ona görə də 4-cü yerin sürpriz komandaya qismət olacağını istisna etmirəm. Amma proqnoz vermək çətindi. Çünki bu cür böyük fasilədən sonra klubların hansı formada qayıdacağını heç kim bilmir. Hər kəs bu fasilədən bir cür yararlandı. Hamı üçün yeni bir durumdu. Ona görə də mövsümün hansı məcrada davam edəcəyini izləmək maraqlı olacaq.

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-10-2022, 15:0

''Bu cür məşqçi görməmişəm''

Dünya futbolu

3-05-2022, 23:0

Millinin oyunçusu "Borussiya"da

Dünya futbolu

5-05-2022, 19:0

Bir Almaniya klubundan digərinə keçəcək

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə