• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İmişlinin iş adamları futbola yaxın durmur

1-ci liqa / Manşet

21-12-2022, 21:0

Birinci divizionun son turunda "İmişli" gözlənilmədən liderlər qrupunda qərarlaşan "Turan Tovuz-2"ni məğlub etdi. Komanda bununla həm məğlubiyyətsiz oyunlar seriyasını 3-ə çatdırdı, həm də turnir cədvəlinin “zirzəmi”sindən qurtuldu. Bu və başqa mövzular ətrafında "İmişli"nin baş məşqçisi Ruhid Usubovla danışdıq.

- "Turan Tovuz"un əvəzedicilərini məğlub etməklə çempionatda 4-cü qələbənizi qazandız. Matçla bağlı fikirləriniz maraqlıdı.
- Son matçlarımıza nəzər yetirsək, yaxşı performans sərgiləyirik. İki oyun idi uduzmurduq. Uğurlu seriyanı davam etdirmək istəyirdik. Şükürlər olsun, Tovuz təmsilçisini üstələməklə ilk yarını qələbəylə başa vurduq. Həmçinin sevinirik ki, sonuncu pillədən də qurtulduq.

- Amma mövsümə yaxşı başlamamışdız. Sonradan toparlandız, son 3 oyunda isə 7 xal topladız. Mövsümün ilk yarısındakı çıxışı necə qiymətləndirərdiz?
- Çox doğru vurğuladız, mövsümə uğursuz başladıq. Bunun bir çox səbəbi var. İstədiyimiz kimi toplanış keçmədik, yaxşı transferlər gerçəkləşdirmədik, yetərli yoldaşlıq görüşündə gücümüzü sınamadıq. Bu üzdən də komandanı komplektləşdirə bilmədik. Sadalananlarla yanaşı, stadionumuz yararsız oduğundan ev oyunlarını Saatlıda keçirmək məcburiyyətində qaldıq. Uduzduğumuz görüşlərin çoxunda oyun planında yaxşı çıxış etmişik. Sadəcə, sərəncamımızda olan futbolçuların gənc və təcrübəsiz olması, heyətin tam komplektləşməməsi yenilgiləri şərtləndirdi. Məsələn, 3-cü turda səfərdə heyəti və maddi vəziyyəti bizdən üstün olan MOİK-lə qarşılaşmada ən yaxşı oyunlarımızdan birini keçirdik. İlk yarıda 2 qol vuraraq fasiləyə üstün yollandıq. Ümumilikdə 70 dəqiqə üstün idik. Amma son 20 dəqiqədə rəqib əvəzetmələrdən meydana buraxdığı təcrübəli futbolçuların sayəsində 3 qol vurmaqla qalib gəldi. Həmçinin 6-cı turda evdə "Səbail-2"yə oxşar şəkildə məğlub olduq. Yalnız 8-ci turda doğma meydanda "Zaqatala"ya 3:1 hesabıyla qalib gəlməklə məğlubiyyət seriyasına son verdik. Həmin qarşılaşmadan sonra dönüş edərək daha yaxşı çıxış etməyə başladıq. Son 3 oyunda isə 2 qələbə və 1 heç-heçəyə imza atdıq. İmişlidə çoxdan futbol yox idi. Yenidən qurulan komandayıq. Sevindirici haldı ki, bütün çətinliklərə baxmayaraq, futbolçular meydanda əzmkarlıq, xarakter göstərirlər. Bunun nəticəsidi ki, oyundan-oyuna “artırdıq” və rəqiblərə başağrı olduq. Gələcəyə ümidliyik. Qış fasiləsindən yararlanmaqla nöqsanlarımızı aradan qaldırmağa və daha yaxşı çıxış etməyə çalışacağıq.

- Fasilədə transferlər gözlənilir?
- Bəli. Hər mövqeyə bir futbolçu cəlb etməyi düşünürük. Artıq bir neçə futbolçuyla danışıq aparırıq. Əsas narahatlığımız qapı xəttidi. Çalışacağıq ən azı 4 futbolçu transfer edək. Həmçinin İmişlidə və yaxın rayonlarda seleksiya işləri aparırıq. Çalışırıq istedadlı uşaqları üzə çıxaraq. Divizionun tələblərindən biri də gənc futbolçu limitidi. Hazırda hər bir klubda 2002-ci il təvəllüdlü futbolçuların yer alması nəzərdə tutulub. Həm limit, həm də İmişlidə futbolun bünövrəsi üçün maksimum gənc futbolçuların yetişdirilməsində maraqlıyıq.

- Komandanı neçə futbolçu tərk edəcək?
- Maksimum çalışırıq ki, heyəti qoruyaq. Amma 4-5 futbolçunun gedəcəyi gözlənilir.

- Maddi vəziyyətinizin yaxşılaşmaq ehtimalı var?
- Ən böyük problemimiz budu. Ona görə də həm heyəti gücləndirə, həm stadionu təmir etdirib başa çatdıra, həm də başqa zəruri ehtiyacları qarşılaya bilmirik.

- İmişlidə iş adamlarından və İcra Hakimiyyətindən dəstək yoxdu?
- Bizə əsas dəstəyi AFFA verir. İmişlidə iş adamları, demək olar ki, yoxdu. Bütün imkanlı şəxslər Bakıda bina tikməklə məşğuldu. Hamısı da rayonda komandanın bərpa olunmasından xəbərdardı. Başda rəhbərimiz Aqşin müəllim olmaqla hamımız onlara müraciət etmişik, amma yaxın duran olmayıb. İmkanlı şəxslərin futbola marağı yoxdu. Buna rəğmən, Aqşin müəllim hələ də sponsor axtarışındadı. Gələcəkdə yaxşı sponsor tapacağımıza ümid edirik.

- İkinci yarıda məqsəd nə olacaq?
- Heyəti gücləndirməklə daha yaxşı çıxış etmək istəyirik. Stadionumuz da sərəncamımızda olacaq. Düşünürəm ki, doğma publika önündə çıxış etmək futbolçular üçün ayrıca motivasiya olacaq və rəqiblərimizə daha güclü başağrı olacağıq.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

16-12-2022, 15:0

"İmişli" və MOİK-dən qələbə - YENİLƏNİB

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

1-ci liqa / Manşet

14-12-2022, 23:0

“İmişli” qış hazırlığını İmişlidə keçəcək

Premyer-liqa / Manşet

9-09-2022, 18:0

"Turan Tovuz" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

Premyer-liqa / Manşet

25-06-2022, 13:0

"Kəpəz"lə "Turan Tovuz" yeni mövsümə kimi bu problemi həll edəcəklər

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Aktual
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
Son xəbərlər
  • Bu gün, 16:02
    Asiyadan Avropaya yollandı
  • Bu gün, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Bu gün, 14:45
    “Barselona”nı tərk edəcək
  • Bu gün, 14:16
    FİFA-dan daha bir yenilik
  • Bu gün, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Bu gün, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Bu gün, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Bu gün, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Bu gün, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Bu gün, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Bu gün, 10:20
    Premyer-liqada istefa
  • Bu gün, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • Dünən, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Dünən, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Dünən, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Dünən, 22:55
    Roderik Miller hardadı?
  • Dünən, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Dünən, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Dünən, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Dünən, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Dünən, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Dünən, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Dünən, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Dünən, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Dünən, 19:07
    “Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
  • Dünən, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Dünən, 18:00
    Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
  • Dünən, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Dünən, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Dünən, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Dünən, 16:31
    Millimiz rekorda imza atdı
  • Dünən, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Dünən, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Dünən, 15:10
    “Qarabağ” - ÇSKA oyununun biletləri satışda
  • Dünən, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 174
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 137
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə