• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messili Argentina son addımı ata biləcəkmi? - TƏHLİL

DÇ 2026 / Manşet

17-12-2022, 18:0

Bu da son! Sanki Qətərlə Ekvador arasında açılış oyunu dünən olmuşdu.

Amma hər kəsin böyük maraqla izlədiyi DÇ-2022 artıq başa çatmaq üzrədi. Bu gün bürünc medalın sahibi, sabah isə çempion bəlli olacaq. Biz də sizi son afişamızla baş-başa buraxırıq.

Bazar günü Qətərin ən böyük stadionunda bu turnirin həqiqətən də iki ən güclü komandası arasında keçiriləcək oyunla DÇ-2022 tarixin yaddaşına qovuşacaq. Argentina tarixində 6, Fransa isə 4-cü dəfə mundialın finalında oynamaq haqqı qazanıb. Onların hər ikisi DÇ-nin ikiqat qalibidi. Adətən, neytral azarkeşlər belə oyunlardan öncə iki yerə bölünür. Amma bu dəfə neytral azarkeşlərin böyük əksəriyyəti Lionel Messi amilinə görə Argentinaya azarkeşlik edəcək. Çünki futbol dünyasının ümumi fikrinə görə, Messinin bu oyunun gəlmiş-getmiş ən güclüsü sayılması üçün məhz bu titula ehtiyacı var. Dünya çempionatı faktiki Messinin peşəkar karyerası ərzində iştirakçısı olub qazana bilmədiyi yeganə turnirdi! Elə Argentina xalqı da bu anı 36 ildi gözləyir. Komandanın son çempionluğu 1986-da qeydə alınıb. Yəni “albiselesta” üçün bu finalın mənası belə desək, bir oyundan daha artıqdı. Fransaya gəlincə, avropalılar bu turnirdə yaxşı mənada təəccübləndirməyi bacardılar. Təbii ki, fransızların gücünə heç kim şübhə ilə yanaşmırdı. Sadəcə, Millətlər Liqasında qeydə alınan sürprizlərdən və heyətdəki ciddi itkilərdən sonra “xoruzlar”ın belə fenomenal oynayacağını az adam gözləyərdi. Bu mundialda yaşananlar onu göstərir ki, Fransanın Millətlər Liqasında öz meydanında Danimarka ilə Xorvatiyaya uduzmasını, hər iki komandanı irəli buraxıb qrupda 3-cü yer tutmasını ciddi qəbul etmək lazım deyil. Bu komanda özünə lazım olan məqamda toparlanmağı, ideala yaxın futbol sərgiləməyi və qələbələr qazanmağı bacarır. XXI əsrdə son dünya çempionu statusunda ola-ola, mundialın finalına vəsiqə qazanan ilk komanda olan Fransa daha bir mühüm göstəricinin astanasındadı. Çünki futbol tarixində DÇ-ni ardıcıl 2 dəfə qazanmağı bacaran cəmi iki komanda olub. Söhbət İtaliya (1934, 1938) və Braziliya (1958, 1962) yığmalarından gedir.

Tarixi kontekstdən bir qədər əl çəkib finalöncəsi son duruma toxunaq. Heyətlərdə cəzalı futbolçu yoxdu. Argentinada, ümumiyyətlə, heyətlə bağlı problem yaşanmır. Yarımfinalı cəza üzündən buraxan Akunya ilə Montielin bu dəfə oynamasına heç bir əngəl yoxdu. “Albiselesta”nın göz bəbəyi Messinin srağagünkü məşqi buraxması bir qədər narahatlıq doğurmuşdu. Xorvatiya ilə oyunda 2-3 dəfə baldırını tutması Leonun müəyyən ağrılarının olduğunu göstərirdi. Dünən isə o, fərdi şəkildə məşq etdi. Amma komandanın liderinin və kapitanının həlledici oyunda meydanda olacağı şübhə doğurmur. Fransada isə heyətlə bağlı problemlər var. İki mərkəz müdafiəçisi – Varan ilə Konate qripə yoluxub və oyunu buraxa bilərlər. Eyni səbəb üzündən Rabyo ilə Upamekano Mərakeşə qarşı matçı buraxmışdı. Bundan başqa, yarımfinalda iki dəfə ayağına ağır zərbələr alan sol müdafiəçi Teo Ernandesin də oynaması sual altındadı.

Finala Messi – Mbappe dueli kimi yanaşanlar da az deyil. Hər ikisi əla formadadı və 5 qolla bu mundialda bombardirlər yarışına başçılıq edirlər. Çox güman, DÇ-nin ən yaxşı oyunçusu (və “Qızıl top”un qalibi) onlardan biri olacaq. Bu iki futbolçunun şəxsi duellərindən hələ ki Mbappe qalib ayrılıb. Ötən mundialın 1/8 finalında Fransanın Argentinanı 4:3 hesabı ilə yendiyi matçda fransalı ulduz mükəmməl futbol ortaya qoymuşdu. Eləcə də 2020/21-də ÇL-in 1/8 finalında PSJ “Barsa”nı 4:1 darmadağın edərkən Mbappe Messinin o dönəmdəki məbədində, yəni “Nou Kamp”da het-trik etmişdi! Leo artıq DÇ-lər tarixində 11 qol, 9 məhsuldar ötürmə ilə ən çox qolun vurulmasında iştirak edən futbolçudu. O, bu göstəricidə almaniyalı Miroslav Klozeni (16+3) geridə qoydu. Xorvatiya ilə oyunda Batistutanı geridə qoymaqla DÇ-lərdə ən məhsuldar argentinalıya çevrilən Messi finalda daha bir mühüm rekordun sahibi olacaq. Belə ki, 26-cı oyununu keçirməklə o, Lotar Matteusa məxsus rekordu yeniləyərək mundiallarda ən çox oyun keçirən futbolçuya çevriləcək! Təbii ki, çempion ola bilməsə, onun bu göstəricilərinin hamısına böyük bir kölgə düşəcək. Rekordlardan söz düşmüşkən, Uqo Lyoris də adını tarixə yazdıracaq. O, 20-ci oyununu keçirməklə Manuel Noyerin rekordunu yeniləyəcək və DÇ-də ən çox oyun keçirən qapıçıya çevriləcək.

Argentina ilə Fransanın şəxsi oyunlarına gəlincə, onların yolu 12 dəfə kəsişib və cənubi amerikalılar qələbə sayında öndədi (6:3). DÇ çərçivəsində bu komandalar 4-cü dəfə üz-üzə gələcəklər. Argentina həm DÇ-1930 (1:0), həm də DÇ-1978-də (2:1) üstün olub. Az öncə haqqında bəhs etdiyimiz DÇ-2018-in 1/8 finalındakı nəfəsləri kəsən qarşılaşmada isə Fransa sevinmişdi.

Sonda onu da bildirək ki, adı hələ də Fransanın iştirak ərizəsində olan Kərim Benzemanın oyunu izləmək üçün Qətərə gələcəyi gözlənilir. Bəzi mənbələr onun hətta meydana çıxmaq ehtimalının olduğunu da iddia edirdilər. Amma “Qızıl top”un son sahibi ən yaxşı halda oyundan sonra qızıl medalları almaq üçün komandasına qoşula bilər.

ƏLİ

Paylaş:
Digər xəbərlər

DÇ 2026

21-11-2022, 11:0

Messi ilk oyunu buraxa bilər

Dünya futbolu

17-10-2022, 14:0

Messi dünya çempionatının favoritlərini açıqladı

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 132
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 107
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə