• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vaqif Sadıqov: “Biz Elxan müəllimin namizədliyini irəli sürməmişik”

Yığma / Manşet

11-12-2022, 14:0

Məşqçilər Komitəsinin fəaliyyətindən çoxdandı xəbər yoxdu.

Bunu nəzərə alıb, qurumun sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Həm də AFFA-nın vitse-prezidenti olan həmsöhbətimizlə ölkə futbolu ilə bağlı maraqlı mövzuları da “masaya yatırdıq”.

- Vaqif bəy, 2022-ci ildə Məşqçilər Komitəsinin işini necə qiymətləndirərdiz?
- Komitədə yer alan hər kəs futbola sadiq insandı. Əsas məqsədimiz də ölkə futbolunu və yığmamızın səviyyəsini yüksəltməkdi. Düşünürəm ki, il ərzində müsbətə doğru çox iş gördük.

- Ölkə çempionatının səviyyəsindən necə, razısız?
- Bəli. Cari mövsüm əvvəlkilərlə müqayisədə daha fərqlidi. Həm komandaların sayı, həm də səviyyəsi artıb. İldən-ilə daha da güclü olacağına inanıram. Bununla yanaşı, aşağı yaş qruplarının çempionatı, Region Liqası və 1-ci divizionda da inkişaf hiss olunur. Gələcəkdə bütün çempionatların daha səviyyəli olmasında maraqlıyıq.

- Fariz Nəcəfov Klublar Komitəsinin sədri təyin olunandan sonra bu qurumda hansısa dəyişiklik hiss olunur?
- Klublar Komitəsi həmişə bizə dəyərli məsləhətləri və köməyi ilə seçilib. Adı çəkilən qurum klublarımızın inkişafı üçün əlindən gələni əsirgəmir. Fariz Nəcəfov kimi şəxsin irəli çəkilməsi təkcə Klublar Komitəsinin yox, ümumilikdə futbolumuzun inkişafına təkan verməkdi. "Qəbələ" kimi peşəkar kluba rəhbərlik edir. Bölgə təmsilçisi əvvəlki maliyyə imkanlarına malik olmasa da, premyer-liqamızda yaradıcı oyunuyla seçilən komandalardandı. Elə "Qarabağ"la son kubok görüşündə də "qırmızı-qaralar"ın sərgilədiyi futbol göz önündə idi. Yəni Fariz bəyin "Qəbələ"dəki işini Klublar Komitəsində də görəcəyik.

- Qış fasiləsində klublarımızın çoxu Türkiyəyə - təlim-məşq toplanışına yollanacaq. Məşqçilər Komitəsindən komandaların hazırlığını yaxından izləmək üçün qardaş ölkəyə gedən olacaq?
- Bir həftə sonra komitənin yığıncağı baş tutacaq. Orda bir çox məsələlər müzakirə olunacaq. Onlardan biri də xaricə ezamiyyətlə bağlıdı. Çünki yanvarda U-21 millimizin də qardaş ölkədə növbəti təlim-məşq toplanışı nəzərdə tutulub. Bizim də həmin toplanışı izləyəcəyimiz gözlənilir.

- U-21 yığmamıza Samir Əliyevin təyinatını və komandanın çıxışını necə qiymətləndirirsiz?
- Hazırda U-21-in çıxışına qiymət vermək çox tezdi. Çünki komanda yenidən təşkil olunur. Samir müəllimin rəhbərliyi altında iki təlim-məşq toplanışı keçirilsə də, onun sərəncamında istədiyi futbolçuların hamısı olmayıb. Buna görə də heyət komplektləşməyib. Samir Əliyev savadlı, enerjili, gənc mütəxəssislərimizdəndi. Ona inanırıq və əminəm ki, gələcəkdə U-21 yaxşı nəticələr göstərəcək.

- Əsas yığmamız haqda nə deyərdiz?
- Komanda ilin sonuna yaxın yaxşı performans sərgilədi. Yoxlama matçlarını da nəzərə alsaq, ardıcıl 5 oyunda qalib gəlməklə yeni tarix yazdıq. Düşünürəm ki, Canni de Byazi oyun fəlsəfəsini futbolçulara aşılaya bilib. Qarşıdan gələn seçmə mərhələdə yığmanın daha yaxşı çıxış edəcəyinə inanıram.

- Axı milli olduqca çətin qrupda yer alıb. Sizcə, sürpriz edib qrupdan çıxa bilərik?
- Milimizdə inkişaf hiss olunur. Bunun davamının gəlməsini istəyirik. Düzdü, qrupumuzda Belçika, İsveç, Avstriya kimi güclü yığmalar yer alır. Amma istənilən komandaya qarşı oynamaq olar. Hazırda ardıcıl qələbələrdən sonra yaxşı əhval-ruhiyyə hökm sürür, futbolçularda özünəinam, qələbə əzmi var. Məhz bundan istifadə etməklə rəqiblərə “diş göstərib”, yaxşı nəticələrə ümid etməliyik. Odu ki, cənab De Byaziyə inanıb, hamılıqla dəstək olmalıyıq.

- Yığmada 2-ci yerli köməkçi məşqçinin adı nə vaxt açıqlanacaq?
- Yuxarıda qeyd etdiyim kimi, növbəti həftə Məşqçilər Komitəsinin yığıncağı olacaq. İclasda bu məsələni müzakirə edəcəyik.

- Köməkçi məşqçi postuna Elxan Abdullayevin təyinat alacağı deyilir…
- Biz Elxan müəllimin namizədliyini irəli sürməmişik. Onun De Byazinin köməkçisi vəzifəsinə gətiriləcəyini mətbuatdan oxumuşuq. Belə bir şey yoxdu.

- Məşqçilər Komitəsinin namizədi və ya namizədləri kimdi?
- Heç bir namizədimiz yoxdu. Ümumiyyətlə, bu barədə nə AFFA-da, nə Məşqçilər Komitəsində, nə də millinin baş məşqçisiylə müzakirələrimiz olub. Əvvəlcə De Byaziylə bu mövzuda fikir mübadiləsi aparacağıq. Onun fikrini, təkliflərini dinləyəcəyik. Artıq iki ildi ölkəmizdədi, məşqçilərimizin çoxunu kifayət qədər tanıyır. Onun öz namizədi də ola bilər. Namizədi olmasa və Məşqçilər Komitəsindən kömək istəsə, namizədlərimizi təklif edə bilərik. Hər halda, o posta bir neçə yerli mütəxəssis arasəndan kimisə seçəcəyik. İstənilən halda, bu məsələdə son sözü De Byazi deyəcək.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

31-08-2022, 15:0

Klublar Komitəsinin sədri bu klubun prezidenti oldu

Aktual
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Dünən, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Dünən, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Dünən, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Dünən, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Dünən, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Dünən, 15:07
    "İmişli"dən növbəti transfer
  • Dünən, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Dünən, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Dünən, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Dünən, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Dünən, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Dünən, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Dünən, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 11:23
    Klubunda hamını arxada qoydu
  • Dünən, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Dünən, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Dünən, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 140
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 133
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə