Ola Solbakken Romaya gəlib.
Football-plus.az xəbər verir ki, “Bude/Qlimt”in hücumçusu İtaliya paytaxtını təmsil edən eyniadlı klubda tibbi baxışdan keçməlidi. O, səhhətində hər hansı problem ortaya çıxmayacağı halda “Roma” ilə müqavilə bağlayacaq. Norveç yığmasının 24 yaşlı oyunçusu paytaxt klubu ilə azad agent kimi 2027-ci ilin yayına qədər müddətə anlaşıb.