• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazinin aradan qaldıracağı problemlər var - TƏHLİL

Yığma / Yazarlar

20-11-2022, 11:0

Yığma noyabrın 16-da müstəqillik tarixində 286-cı qarşılaşmasını keçirdi.

Moldovanın paytaxtı Kişinyovda baş tutan matçda rəqib bu ölkənin yığması idi. Və yığma tarixində ilk dəfə ardıcıl 4-cü görüşü də qalib başa vurdu. Bu özü artıq statistika baxımından uğurdu. Bəs Canni de Byazinin çalışdırdığı komanda oyunu ilə bizə nə göstərdi, millinin perspektivi barədə nə düşünmək olar? Bu yazıda “Zimbru”da gördüklərimizə əsasən ölkənin bir nömrəli komandasının oyununu təhlil etməyə çalışacağıq.

Bəzən deyirlər ki, yoxlama görüşlərində qeydə alınan nəticələr önəm daşımır, hesab aldadıcı olur. Bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Ona görə olar ki, yoxlama görüşləri baş məşqçi üçün yeni planları həyata keçirmək, komandasında zəif nöqtələri görmək, yeni oyunçuları sınamaq baxımından vacibdi. Bəzən çalışdırıcı yeniliklərə əl atdığından optimal heyət əvəzinə meydana qarışıq “11-lik” buraxır. Belədə nəticə arxa plana keçir ki, buna görə heç kim məşqçilər korpusunu qınamır. Ancaq istər reytinq, istərsə də komandada qalib ruhun formalaşması baxımından belə görüşlərdə də 90 dəqiqənin tamamında meydanı qalib kimi tərk etmək lazımdı.

Məcburiyyətdən atılan addım

Millətlər Liqasında ardıcıl Belarus, Slovakiya və Qazaxıstanı məğlub edən milli Moldova ilə görüşdə bunun təsadüf olmadığını sübut etməliydi. Müqaviləsinin müddəti uzadılan Canni de Byazi də bunu çox gəzəl başa düşdüyündən Kişinyovdakı oyuna döyüşkən heyətlə çıxmışdı. Start heyətində yeganə gözlənilməzlik təxminən bir aydan sonra 30 yaşını qeyd edəcək Bəxtiyar Həsənalızadənin ilk dəqiqələrdən meydana çıxması idi. Çox güman, Bədavi Hüseynov zədələnməsəydi, italiyalı mütəxəssis məhz onu müdafiənin mərkəzində oynadacaqdı. Bəxtiyarın oynaması bir növ məcburiyyətdən atılan addım idi. Yeri gəlmişkən, ölkənin əsas komandasında debüt etməsinə baxmayaraq, “Sabah”ın müdafiəçisi heç də pis təsir bağışlamadı, soyuqqanlı oyunu ilə rəqibin hüacumlarını zərərsizləşdirməkdə fəallıq nümayiş etdirdi. De Byazi son 3 matçda olduğu kimi komandasını meydana 4-2-3-1 düzülüşü ilə çıxarmışdı ki, bu addım özünü doğrultdu. Əslində baş məşqçi Bəxtiyara şans verməklə müdafiədə yeni rəqabətin yaranmasına da şərait yaratmış oldu. Çünki stopper kimi Bəhlul Mustafazadə, yeri gələndə Höccət Haqverdi də oynaya bilər. Höccət mərkəzə çəkilərkən isə sağ cinah Amin Seydiyevə və ya Qismət Alıyevə də tapşırıla bilər.

Hücum futbolunun təntənəsi, kuryoz qollar

Son üç qarşılaşmada qazanılan qələbələr yığmada özünəinam formalaşdırıb desək, yanılmarıq. Moldova paytaxtında keçirilən görüşdə yığma ilk dəqiqələrdən dəlicəsinə pressinqlə yadda qaldı. Solda Ramil Şeydayev, hücumun sivri ucunda Musa Qurbanlı, sağda isə Özan Can Kökçü rəqibin cərimə meydançasında moldovalı müdafiəçilərin ayağına “oturmuşdular” ki, bu üzdən meydan sahibləri müdafiədən topla çıxa bilmir, ünvansız uzun ötürmələrlə irəli atılmağa çalışırdılar. Mərkəzə ünvanlanan ötürmələr isə qeyri-dəqiq alındığından yığma ikinci dalğa ilə yenidən rəqib qapısına həmlə edirdi. Bəli, texniki qüsurlar var idi, ancaq məhz pressinqin, istək və əzmkarlığın sayəsində yığma fasiləyə qədər moldavanları iki dəfə meydanın mərkəzinə dəvət edə bildi. Dayaq yarımmüdafiəçi funksiyasını yerinə yetirən iki təcrübəli isim – Riçard Almeyda və Emin Mahmudov komandanın müdafiədən hücuma keçməsində fəal idi. Eminin hiyləgər ara ötürmələri Moldovanın müdafiə xəttini bıçaq yağı kəsən kimi kəsirdisə, Almeydanın istənilən an tempi yüksəldib aşağı salmaq bacarığı lazım gələndə komanda yoldaşlarına nəfəs dərməyə imkan verirdisə, “milliləşdirilən” braziliyalı kəskin hücumların qurulmasında da fəallıq göstərirdi. Sol cinahın “Qarabağ”ın iki futbolçusuna tapşırılması sözünü dedi. Sağda yer alan Höccət və Kökçüdən fərqli Şeydayevlə Cəfərquliyevin bir-birini gözüyumlu başa düşməsi ilk yarıda yığmanın əksər hücumlarının sol cinahdan qurulmasına rəvac verirdi. Ramilin taran tipli olması, Elvinin sürəti moldovalılara əsl başağırı olmuşdu. Yəqin ki, De Byazi növbəti görüşlərdə də sol cinahda bu tandemə güvənəcək. Onu da unutmayaq ki, ehtiyatda bu cinahda oynaya biləcək daha bir “Qarabağ”lı var. Söhbət Toral Bayramovdan gedir. Qolların kuryoz alınmasına gəlincə, bəlkə onlar olmasaydı da, milli fərqlənəcəkdi. Ancaq kaş belə oyunun fonunda rəqib qapısına vurulanlar da “zəhmətkeş qollar” olaydı. Onda biz də “bəxt sayəsində fərqləndik”, - deyə fikirləşməzdik. Ancaq onu da unutmayaq ki, futbolun yazılmamış qanunlarına görə bəxt də güclünün tərəfində olur.

Fərqli ikinci yarı

Fasilədən sonra italiyalı baş məşqçi müəyyən dəyişiklik etməyə qərar verdi ki, bu da oyunda özünü göstərdi. Əslində De Byazi sistemə toxunmadan ifaçıları dəyişmişdi. Və böyük ehtimalla 66 yaşlı mütəxəssis ikinci 45 dəqiqədə komandasına əks-hücumda oynamağı tapşırmışdı ki, bu da hesabdan irəli gələn addım idi. De Byazi yaxşı başa düşürdü ki, meydan sahibləri məğlub durumla barışmayaraq, fasilədən sonra irəli atılacaq. Belədə ilk yarıda “birinci skripka” kimi oynayan yığma əks-hücuma bel bağlamalıydı. Ancaq kollektiv bu tapşırığın öhdəsində gələ bilmədi. Müdafiədən hücuma sürətli çıxış alınmadı. Yəqin yığmanın əsas söz sahibi qarşıdakı toplanışlarda bu çatışmazlığı aradan qaldırmaq yönündə futbolçulara lazımi tapşırıqlar verəcək. İkinci hissədə daha bir xoşagəlməz məqam konsentrasiya ilə bağlı oldu. Son dəqiqələrdə rəqib böyük qüvvə ilə irəli atıldı və bunun qarşılığında ardıcıl küncdən zərbə vurmaq hüququ qazandı. Standart vəziyyətlər zamanı müdafiədə sanki bir xaos hökm sürürdü. Bu da ya yorğunluqdan qaynaqlanırdı, ya da arxa xətt oyunçularının səhv mövqe seçimindən. Dayaq yarımmüdafiəçilərinin buraxılan qolda günahı oldu. Qayıdan topa ilk növbədə onlar çatmalı və təhlükəni sovuşdurmalı idilər.

Son söz əvəzi

Ümumilikdə yuxarıda qeyd etdiyimiz kimi, millinin oyununda inkişaf sezilir. Daha əvvəlki illərdə olduğu kimi meydanda ilk dəqiqələrdən “ayağı əsən komanda” görmürük. Ancaq bu uğurla kifayətlənmək olmaz. Bu gün səfərdə Moldovanı məğlub etmək o anlama gəlmir ki, qarşıdan gələn Avropa çempionatının seçmə mərhələsində Belçika, İsveç, Avstriya kimi yığmalarla da başabaş mübarizə apara biləcəyik. İrəli getmək, böyük turnirlərin final mərhələsinə qatılmaq üçün oyun planında daha çox “artırmaq”, müasir futbolun tələblərinə uyğun oynamaq lazımdı.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

3-04-2022, 12:0

“De Byazi özü üçün Millətlər Liqasında çıxış edəcək komandanın “onurğa sütünu”nu müəyyənləşdirib” - ÖZƏL AÇIQLAMA

Aktual
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Son xəbərlər
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
Daha çox
Oxunub: 185
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 96
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 93
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə