Yunan-Roma güləşi üzrə Bakıda təşkil olunan dünya kuboku başa çatıb.
"Football-plus.az" saytının məlumatına görə, yığmamız finalda İranla qarşılaşıb. Görüş 5:5 hesabı ilə bitsə də, rəqib pəhləvanlardan biri 8:0 qələbə qazandığı üçün komandamız gümüş medalla kifayətlənib.
Üçüncü yer uğrunda isə Türkiyə və Dünya yığması qarşılaşıb. Burda da 5:5 hesabı qeydə alınıb. Dünya yığmasının üzvlərindən biri "tuşe" ilə qalib gəldiyi üçün komanda bürünc medal qazanıb.