Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə dünən yekun vurulub.
"Football-plus.az" saytının məlumatına görə, milli üzvləri yarışı 6 medalla başa vurub. Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev qızıl, Kəramət Hüseynovla (60 kq) Orxan Səfərov (66 kq) bürünc medal qazanıb. Millimiz bu nəticələrlə birinci yeri tutub.
Qeyd edək ki, "Böyük Dəbilqə"də 28 kişi və 9 qadın cüdoçumuz mübarizə aparıb.