Bosniya və Herseqovina - Rusiya matçı təxirə salındı

31.10.2022 23:17 532
Dünya futbolu
Bosniya və Herseqovina millisinin Rusiya ilə keçirəcəyi yoxlama görüşü təxirə salınıb.

Football-plus.az xəbər verir ki, bunu Bosniya və Herseqovina Futbol Federasiyası açıqlayıb. Qurumun İcraiyyə Şurasının bu gün keçirilən iclasında noyabrın 19-na planlaşdırılan qarşılaşma təxirə salınıb. Federasiya prezidenti Viko Zelkoviç bildirib ki, bu yoldaşlıq görüşünün keçirilməsi bir müddət daha uzadılacaq.

Qeyd edək ki, matçın noyabrın 19-da Sankt-Peterburqda keçirilməsi planlanırdı.