"Bornmut"da yeni müqavilə

22.08.2022 21:50 409
Dünya futbolu
"Bornmut" hücumçusunu komandada saxlayıb.

Football-plus.az
xəbər verir ki, klub Devid Bruks ilə müqaviləni uzadıb. İngiltərə təmsilçisinin saytında yer alan xəbərə görə, yeni sözləşmə 2026-cı ilə qədər nəzərdə tutulub.

Xatırladaq ki, 25 yaşlı futbolçu xərçəng xəstəliyini məğlub etdikdən sonra karyerasını bərpa edib.