"Kəpəz"in zədəli futbolçuları növbəti görüşü də buraxacaqlar.
Football-plus.az xəbər verir ki, Yeqor Xvalko və Mixeil Erqemlidzenin müalicəsi davam edir. Klubun tibb xidmətindən verilən məlumata görə, Xvalkonun topuq və daban nahiyəsində ağrılar var. Erqemlidzenin isə körpücük sümüyü əzilib. Zədə səbəbindən onlar "Qəbələ"yə qarşı matçda komandaya kömək edə bilməyəcəklər.
Qeyd edək ki, hər iki futbolçu "Neftçi" ilə oyunda zədələnərək əvəzləniblər.