"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

14.08.2022 17:40 347
Dünya futbolu
“Latsio” iki futbolçusu haqda qərarını verib.

Futbolçularından Qonsalo Eskalante ilə Mattia Novellanı icarəyə göndərib. Paytaxt klubu Eskalanteni “Kremoneze”yə, Novellanı isə “Piçerno”ya verib. Klub saytının yaydığı xəbərə görə, hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacaq. Eskalantenin müqaviləsində satınalma şərti də var.