• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Divizionun püşkatma mərasiminə nələr yaşandı? - FOTOLAR

1-ci liqa / Manşet

13-08-2022, 19:0

Birinci divizionda yeni mövsümün püşkatma mərasimi keçirildi.

İki gün öncə AFFA-nın inzibati binasında baş tutan mərasimdə klub və KİV nümayəndələri iştirak etdi. Daha dəqiq desək, iki jurnalist, biri bəndəniz, digəri isə sport24.az saytından olan həmkarım Mehman Süleymanov.

Yeni mövsümdən divizionda üç yeni komanda mübarizə aparacaq. Bunlar “Araz Naxçıvan”, “Mingəçevir” və “İmişli”di. Ümumilikdə 15 komandanın qatılacağı çempionat iki dövrədən ibarət olacaq. Komanda sayı təkrəqəmli olduğuna görə hər tur biri istirahət edəcək. Püşaktmanın nəticəsinə görə “Sumqayıt-2” ilk turda dincələcək.

Tədbirdə PFL-in yeni prezidenti Elxan Səmədov iştirak etmirdi. Halbuki sabiq başqan Ramin Musayev püşaktma mərasimlərinə həvəslə qatılar, jurnalistləri maraqlandıran suallara özünəxas tərzdə cavab verərdi... İştirakçıları salamlayaraq sözə başlayan PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Elxan Səmədovun da salamlarını çatdırdı:

“Bildiyiniz kimi, klublara müəyyən dəstək olacaq. Bu məsələ ilə bağlı, loru dildə desək, başımızı qaşımağa vaxtımız yoxdu. Elxan müəllim hazırda da bu işlərlə məşğul olduğuna görə tədbirdə iştirak edə bilmədi”.


Daha sonra çempionata yeni gələn komandaların təqdimatını edən Şahgəldiyev bunları dedi:

“Araz-Naxçıvan”, “Mingəçevir” və “İmişli”ni salamlayırıq. Bir müddət öncə Naxçıvanda oldum. Həqiqətən böyük işlər görmək fikirləri var. Klubun sponsoru, rəhbərliyi ilə danışdıq. Uşaq futbolunun inkişafı, akademiyanın yaradılması ilə bağlı da ciddi planları var. Uğurlar arzulayırıq. Əlimizdən gələn qədər sizə dəstək olmağa hazırıq. Çempionata rəng qatacağınıza əminik. “İmişli” də yeni mövsümdən 1-ci divizionda iştirak edəcək. Bu komanda premyer-liqada çıxış edib. Mən isə həmin vaxt “Karvan”da idim. Onda yeni yaranan komandalar arasında ən yaxşı infrastuktura malik olanı “İmişli” idi. Son vaxtlar getməmişəm, amma ümid edirəm ki, xırda problemlər də aradan qaldırılıb. Təbii ki, stadion indi əvvəlki kimi ideal səviyyədə deyil. Amma əsas odu ki, infrastrukturun bünovrəsi var. Mingəçevir də ölkəmizin ən gözəl şəhərlərindən biridi. Sizə bir şey deyim. Mən “Karvan”da çalışarkən bəzi legionerlər var idi ki, bu komanda ilə müqavilə bağlamaq istəmirdilər. O zaman biz onları Mingəçevirə aparıb, müqavilə bağlayıb Yevlaxa qayıdırdıq. Sevindirici haldı ki, bu şəhərin komandası da yeni mövsümdən 1-ci divizionda iştirak edəcək. Sizə də uğurlar arzulayırıq”.


Klub nümayəndələrinə müraciət edən Şahgəldiyev onlara verilən əsasnamələrlə bağlı da danışdı:

“Sizə verilən əsasnamələri mütləq oxuyun. Başa düşmədiyiniz istənilən məsələni zəng edib soruşmaqdan çəkinməyin. Dəfələrlə soruşun ki, hansısa problem olmasın. Biz AFFA nümayəndəsi kimi oyunlara gələcəyik. Məqsədimiz gəlib sizə cərimə yazmaq deyil. Sadəcə, bəzi məsələlər var ki, onlar mütləq həll olunmalıdı. Normal meneceriniz olsun ki, nümayəndənin sözlərini qeyd etsin, onları tətbiq etsin. Oyunun təşkilində, təcili yardım, polislər və başqa məsələlər ilə bağlı heç bir problem olmasın. Yəqin ki, bu həftə stadionlar təftiş olunacaq. Gəlib baxacağıq, hansı kömək lazım olsa, əlimizdən gələn qədər etməyə çalışacağıq”.


Sonra söz PFL-in Texniki-idman şöbəsinin direktoru Elgiz Abbasova verildi:

“Hər gün iş prosesində çalışırıq ki, ortada olan problemlərin həllində yardımçı olaq. Əvvəlki illərlə müqayisədə indi, demək olar ki, bütün 1-ci divizion komandaları ilə sıx çalışırıq. Yeni gələn komandalara da uğurlar arzulayıram. Stadionla bağlı məsələlər də, demək olar ki, təsdiqlənməkdədi. Çox güman, premyer-liqanın 2-ci turundan sonra stadionların təftişi həyata keçiriləcək. Bununla bağlı sizə bir gün öncədən məlumat veriləcək. Xüsusən də “Mingəçevir” və “İmişli”nin stadionları ilə bağlı müəyyən suallar var. “Araz-Naxçıvan”ın stadionunda da müəyyən işlər görülür. Lakin bu məsələlər bir daha müzakirə ediləcək. PFL-in bayrağı altında keçirilən 1-ci divizion peşəkar səviyyədi. Biz istəyirik ki, burda oyunların keçirilməsi də peşəkar səviyyədə olsun. Bununla bağlı da zəhmət olmasa, əsasnaməni oxuyun, stadionla bağlı tələbləri tam yerinə yetirməyə çalışın. Əsasnamə ilə bağlı bunu deyə bilərəm ki, ümumilikdə mövsüm ərzində 5 legioner cəlb edə bilərsiz. Amma oyun ərzində ikisi start heyətində yer ala bilər. Məşqçilərlə bağlı məsələlərə də diqqət etmək lazımdı. Bu gün hər komandaya tələb olunan minimum sayda - 8 top veriləcək. Onu da komandanın məşqçilər korpusuna çatdırmağınız xahiş olunur”.


Daha sonra isə püşkatmaya keçid edildi.
Tədbirdə yalnız “Kəpəz-2”nin nümayəndəsi iştirak etmirdi. Ona görə də bu komanda rəsmisinin əvəzinə püşkü Elgiz Abbasov çıxardı. Beləliklə, birinci divizionun yeni mövsümünün avqustun 24-də startı veriləcək 1-ci turunda qarşılaşacaq komandalar məlum oldu:

“Zirə-2” – “Kəpəz-2”
“Turan Tovuz-2” – “Şamaxı-2”
“Qəbələ-2” – “İmişli”
“Araz Naxçıvan” – “Qarabağ-2”
MOİK – “Zaqatala”
“Mingəçevir” – “Neftçi-2”
“Qaradağ Lökbatan” – “Səbail-2”

Divizionun püşkatma mərasiminə nələr yaşandı?




ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

1-ci liqa

11-08-2022, 16:0

1-ci divizionda yeni mövsümün püşkü atıldı

1-ci liqa

9-08-2022, 18:0

I divizionun püşkatma mərasimi keçiriləcək

Ölkə futbolu

29-04-2022, 17:0

3 bölgə komandası 1-ci divizionda

Aktual
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Son xəbərlər
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
  • Dünən, 14:16
    FİFA-dan daha bir yenilik
  • Dünən, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Dünən, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Dünən, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Dünən, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Dünən, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Dünən, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Dünən, 10:20
    Premyer-liqada istefa
  • Dünən, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • 18-07-2026, 23:0
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • 18-07-2026, 23:0
    “Şamaxı”dan yeni transfer
  • 18-07-2026, 23:0
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • 18-07-2026, 22:0
    Roderik Miller hardadı?
  • 18-07-2026, 22:0
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • 18-07-2026, 22:0
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • 18-07-2026, 21:0
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • 18-07-2026, 21:0
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • 18-07-2026, 20:0
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 180
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 138
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə