Bu gün Azərbaycan 1-ci Divizionunda 2022/23-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında saat 15.00-da başlayıb.
Bu mövsüm 1-ci Divizionda 15 komanda çıxış edəcək. Bunlardan 6-sı peşəkar klublardı. Qalanları isə keçən mövsüm iştirak edən "Qaradağ Lökbatan", MOİK, "Zaqatala", yarısı isə debütantlar "Araz Naxçıvan", "Mingəçevir" və "İmişli"di. Komanda sayı tək olduğuna görə hərəsi bir turda istirahət edəcək. İlk belə komanda isə"Sumqayıt-2" olacaq.
Premyer-liqamızın iştirakçısı olan 10 klubdan yalnız birinin - "Sabah"ın ikinci komandası 1-nci Divizionda mübarizəyə qatılmayacaq. Bu liqada yeni mövsüm 24 avqustda start götürəcək.