"Fiorentina" serbiyalı müdafiəçisi Nikola Milenkoviç ilə yeni sözləşmə imzalayıb.
Football-plus.az xəbər verir ki, müdafiəçinin müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Onun illik maaşı 3 milyon avro + bonuslar olacaq. 2023-cü ilin yayında başa çatmalı olan əvvəlki anlaşmaya əsasən, serbiyalı futbolçu əlavə 2,2 milyon avro alıb.