• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” yaxşı komandadı, bunu Bakıda gördük” - MÜSAHİBƏ

Manşet / Müsahibə

9-08-2022, 15:0

“Ferensvaroş”un vitse-kapitanı Endre Botka “Qarabağ”la 1:1 bərabərə qaldıqları ilk oyunu dəyərləndirib.

Football-plus.az
xəbər verir ki, Macarıstan mətbuatına müsahibə verən 28 yaşlı sağ cinah müdafiəçisi həmçinin bugünkü cavab görüşü ilə bağlı hədəflərindən də bəhs edib.

- Deyəsən, “Qarabağ”la Bakıdakı oyundan sonra bədəninizdə ağrı hiss etmişdiz...
- Bir neçə təpik və yumruq zərbəsi aldım. Amma matç zamanı çox ağrı hiss etmədim. Görüşdən sonra gah topuğum, gah da başım ağrıyırdı. Ancaq problem yoxdu, bu, mübarizənin bir hissəsidi. Hamı qalib gəlmək istəyirdi.

- Kənardan baxanda 90 dəqiqəlik döyüşə oxşayırdı. Bu görüş əvvəlkilərdən daha yüksək intensivlikdə keçdi?
- Son 10 dəqiqədə özümdə yorğunluq hiss etdim. O vaxta qədər tam gücümlə oynamağa hazır idim. İntizamlı şəkildə irəli, dərhal da geri çox qaçmalıydım. Daim yüksək tempdə oynamalıydım və bir an belə diqqətimi yayındıra bilməzdim. Bu da insanın gücünü alır. Görüşdən sonra paltardəyişmə otağında özümü çox yorğun hiss etdim. Sonra da evə döndük. Ancaq çox yatan adam olmadığıma görə səhər 9-da oyandım. Matçdan sonra dincəlmək çətindi. Lakin axşam tez yatdım və günorta oğlumla dincəlmək üçün uzandım. İndi yaxşıyam.

- “Qarabağ”ın hücumlarını dəf etmək çətin idi, yoxsa onlardan daha yaxşısını gözləyirdiz?
- Onların həqiqətən də sürəti var idi. Bütün görüş ərzində top daha çox sol cinahımızda idi. Müdafiənin sağında daha az iş var idi. Bu üzdən onlarla o qədər də çox qarşılaşmadım. Ancaq yenə də hiss edirsən ki, hücuma çıxarkən rəqibi dayandırmaq çətindi. “Qarabağ” hücumda çox yaxşı komandadı. Amma bunun öhdəsindən gəlmək, onları dayandırmaq olar.

- “Qarabağ”ın ən zəif nöqtəsi müdafiə xəttidi?
- Mən belə deməzdim. Açığı, müdafiədə intizamsız olacaqlarını və bizə boşluq verəcəklərini gözləyirdik. Lakin çox yaxşı qapandılar, müdafiələri yaxşı işlədi. Təəssüf ki, yarımmüdafiədə və müdafiədə buraxdığımız səhvlər oyunumuza mənfi təsir edirdi.

- Düşünmürsüz ki, rəqibin qoluna mane olmaq mümkün idi?
- Bunun üçün qol epizodunda geri sürətli dönməliydik. Qazandıqları cərimə zərbəsi zamanı qapımıza yaxın idilər. Zərbə anında top qapıçımız Denes Dibuşa dəyərək qayıtdı və dönən topdan yararlandılar. Tez-tez uzaqdan cəhd edəcəklərini bilirdik. Buna hazır idik.

- “Qarabağ”dan daha çox şey gözləyirdiz?
- Dolu tribunalar önündə oynadıq, azarkeşlər onları daim alqışlayırdılar. Şərait də əlverişli deyildi. Hesabı açanda hamımız rahatlaşdıq, daha sərbəst oynamağa başladıq. Ancaq fasilə ərəfəsində hesabı bərabərləşdirmələrinə təəssüf edə bilərik. Yenə də konsentrasiyalı futbol oynadıq. Səfər matçında ağıllı, sakit çıxış etməyin fərqində idik.

- “Qrupama Arena”da uğur qazanmaq üçün nə lazımdı?
- Evdə də sona qədər döyüşməliyik. “Qarabağ” yaxşı komandadı, bunu Bakıda gördük. Ancaq doğma azarkeşlərimiz önündə qələbə qazanmağı bacarırıq. Əlbəttə, bunun üçün çox çalışmalıyıq. Ola bilsin, cavab görüşündə müdafiəyə çox qapanmayacaqlar. Onların səhvlərindən yararlana bilərik. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqədi. Bu üzdən öz meydanımızda qalib gəlməliyik.

- İlk oyundakı nəticəni uğurlu saymaq olar?
- Pis nəticə deyil. Təbii ki, cavab matçına qələbə qazanaraq hazırlaşmaq daha gözəl olardı. Yenə də taleyimiz öz əlimizdədi. “Slovan” və “Tobol”a qarşı olduğu kimi, “Qarabağ”la matçda da özümüz qərar verməliyik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

5-08-2022, 17:0

"Meydanda oksigen yox idi" - "Ferentsvaroş"un futbolçusu

Manşet / Çempionlar Liqası

4-08-2022, 13:0

"Ferentsvaroş"un üzvü "Qarabağ"ın hücum xəttini təriflədi - AÇIQLAMA

Manşet / Çempionlar Liqası

4-08-2022, 10:0

"Qarabağ"ın rəqibinin qapıçısı etiraf etdi: "İkinci hissədə..." - AÇIQLAMA

Çempionlar Liqası

29-06-2022, 16:0

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

Aktual
"Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Son xəbərlər
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
Daha çox
Oxunub: 278
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə