• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” niyə bu qədər cəlbedicidi? - TƏHLİL

Manşet / Yazarlar

7-08-2022, 14:0

“Barselona”nın, bütün maliyyə problemlərinə rəğmən, mövsümlərarası dövrdə transfer bazarında böyük sövdələşmələrə imza atması ətrafında çoxlu diskussiya gedir.

Premyer-liqanın bəzi zəngin klublarıyla mübarizə aparan kataloniyalılar bu kiçik döyüşlərdən qələbə ilə ayrıldılar. Rafinya, Robert Levandovski və Jül Kunde kimi futbolçuların transferi nəyə desən, dəyər.
Ancaq heç kim bu futbolçuların çox nüfuzlu premyer-liqada oynamaq imkanından imtina edib, əvəzində ötən mövsüm qənimətsiz qalan və maliyyə problemi yaşayan “Barsa”ya qoşulmasının səbəbləri haqda danışmır. Yəqin bu məsələ üzərində daha ciddi düşünməyə dəyər. Axı “Barsa”nın “Çelsi”ni və başqa İngiltərə zənginlərini qabaqlamasının səbəbləri nədi?

Xavi effekti

Kataloniyalılar onları La Liqanın turnir cədvəlində 10-cu pilləyə endirən Ronald Kumanla vidalaşandan sonra – ötən ilin noyabrında Xavi Ernandes “Nou Kamp”a baş məşqçi qismində döndü. “Barselona”nın əfsanəsi ağır vəziyyətdə olan doğma komandanın yükünü boynuna götürməliydi. Az qala genetik kimliyini itirən “Barsa” həm nəticələr, həm də maliyyə planında boğulurdu. Bu haqda çox yazmışıq, odu ki, 2022-nin iyuluna, yəni “göy-narıncılar”ın Levandovski, Kunde və Rafinya kimi ulduzları “rənglərinə bağlamaqla” faciəvi durumdan çıxdığı dönəmə qayıdaq. Klub bu transferləri həyata keçirərkən başqa iddiaçıların təzyiqi ilə üzləşdi. Və “Barsa” bu təzyiqin altından çıxıb qalib gəldi, özü də həmin rəqiblərlə müqayisədə futbolçulara artıq heç nə təklif etmədən. Bu uğurun əsas səbəbkarı klub hələ transfer imkanlarını araşdırmadan bütün oyunçularla şəxsən danışan Xavidi. Kunde müqaviləyə imza atdığı gün bildirdi ki, bütün transfer danışıqları boyunca Xavi ilə daimi təmasda olub və baş məşqçi növbəti mövsüm üçün planlarını ona təfsilatı ilə izah edib – istər konkret Kunde ilə, istərsə də komanda ilə bağlı planları. Eyni praktika Rafinya və Levandovski ilə də təkrarlanıb. Məşqçi ilə ünsiyyətdə olan hər iki ulduz Xavinin gələcəklə bağlı planının və bu plana inamının təsiri altına düşüb.

Klubun irsi

“Blauqrana”nın fanatı olmaq və ya ona bütün qəlbinlə nifrət etmək olar, ancaq bir həqiqəti danmaq mümkünsüzdü: “Barselona” dünyanın ən böyük futbol klublarından biridi. Söhbət tarixdəki statusa və irsə gəlib çatanda iki klub həmişə xüsusi yer tutur: “Barsa” və “Real”. Bu iki adın dünya futboluna gətirdiyi güc və cazibə rəqib tanımır.

Məhz irs amili son vaxtlar yetərincə mürəkkəb dönəm yaşayan “blauqrana” üçün xilas rolunu oynadı. Maliyyə problemləri içində boğulan klub elə mərhələyə çatmışdı ki, artıq imici ciddi zərər görməyə başlayırdı. Ancaq bəzi problemləri qısamüddətli perspektivdə həll edən kataloniyalılar hazırda yetərincə sabit vəziyyətdədi. Vəsaitlə bağlı müəyyən çatışmazlıqlar olsa da, transfer edə bilirlər.
Rafinya və Levandovski epizodlarında məhz klubun tarixdəki adı və statusu onları kataloniyalılara qoşulmağa inandırdı. Hər iki oyunçunun yayboyu yalnız bir hədəfi vardı: “Barselona”nın heyətində oynamaq. Rafinya İspaniyaya köç mümkan olmayacağı təqdirdə daha bir mövsüm “Lester”də qalmağa hazır idi. “Çelsi”nin və başqa klubların marağına baxmayaraq, Levandovski üçün “blauqrana” yeganə təyinat nöqtəsi idi.

Xavinin layihəsinə rəhbərlik etmək şansı

Xavinin kluba gəldiyi gündən bəri qurduğu layihə oyunçular, ekspertlər və azarkeşlər üçün xususi maraq daşıyır. Kənardan belə görünür ki, “Nou Kamp”da xüsusi nəsə yetişməkdədi. Hər yeni eranın başlanğıcında kimlərinsə bəxtinə layihənin əsas siması olmaq düşür. Pep Qvardiola üçün bunlar Xavi, İnyesta və Messi, Luis Enrike üçün Messi, Suares və Neymar idi. İndi isə məşqçi Xavinin yeni erası başlayır və futbolçular onun təcəssümü olmaq istəyirlər.

Səndə həyəcan və ehtiras oyadan komanda üçün oynamağın cəlbediciliyi istər-istəməz ön plana çıxır. Sərəncamında məhdud maliyyə imkanları və rıçaqları olan “Barselona” başqa cür bu qədər əla oyunçunu heyətinə cəlb edə bilməzdi. Dünyanın indiyə qədər gördüyü ən böyük futbol müdriklərindən birinin rəhbərliyi altında oynamaq perspektivi və bonus kimi bu fiqurun layihəsinin əsas simalarından biri olmaq imkanı – bax, top səviyyədə olan istənilən futbolçu üçün cəlbedici məqamlar bunlardı.

Demək olar ki, bütün karyerasını bundesliqda keçirən Levandovski üçün xüsusi vəziyyət yaranıb. 34 yaşlı hücumçu futbolçu irsini əbədiləşdirəcək layihədə yer almağa qərar verib.

Meydanda və onun hüdudlarından kənarda çətin dönəmə baxmayaraq, cari “transfer pəncərəsi” göstərdi ki, “Barselona” hələ də başqa klubların futbolçuları üçün cəlbedicidi. Və indi Xavinin əlinin altında olan heyətlə zirvədəki yeri qaytarmaq olar.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-06-2022, 13:0

Xavi "Barselona"da bu futbolçuları görmək istəyir

Dünya futbolu

17-07-2022, 23:0

“Barselona” bu heyətlə çempion olacaq”

Dünya futbolu

5-05-2022, 12:0

Traore "Barsa"dan gedir

Dünya futbolu

2-04-2022, 19:0

“Barselona”nın oyunçusu koronavirusa yoluxdu

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə