• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlqar Qurbanov: “Yaxın zamanda onunla görüşüləcək və danışıqlar aparılacaq” - AÇIQLAMA

Aktual / Manşet

3-08-2022, 17:0

"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev millimizdə çıxış etmək ehtimalından danışıb.

"Sport24.ru"ya müsahibə verən 25 yaşlı futbolçu AFFA-nın konkret addım atmadığını dilə gətirib:

"Federasiya ilə daimi əlaqə saxlayıram, amma heç vaxt yekun təklif irəli sürməyiblər. Hər şey səthidi, konkret söhbət olmadan baş verir. Mənim üçün bir yerdə oturmaq, danışmaq, bir-birimizi dinləmək və ortaq nöqtəyə gəlmək lazımdı. Belə çıxır ki, məni istəyirlər, amma heç nə olmur. Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm. İndi isə nəsə söyləmək olmur. Tələsik qərar vermək istəmirəm".


Görəsən, qarşıdakı oyunlarda futbolçu yığmamızda çıxış edə bilər. AFFA “Ximki”nin üzvü ilə danışıqlara başlayacaq? Bunu aydınlaşdırmaq üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Həmsözhbətimiz Quliyevin yığmaya namizəd futbolçular arasında olduğunu dedi:

“Ayaz Quliyev milli komandaya namizəd kimi mütəmadi diqqət mərkəzində saxlanılan oyunçulardan biridi. Lakin bu məsələ ilə bağlı konkret qərar yoxdu. Futbolçu milli komandaya dəvət olunacağı təqdirdə, ictimaiyyətə müvafiq məlumat veriləcək”.


Görəsən, futbolçu ilə danışıqları kim aparır? AFFA rəsmiləri nə üçün Ayazla təmasa keçmir? Ümumiyyətlə, yarımmüdafiəçinin tələbi nədi? Suallarımızı millinin meneceri İlqar Qurbanova ünvanladıq:

“Səhv etmirəmsə, Ayaq Quliyevlə mən bu işə başlamamış danışıq gedirdi. Amma bilmirdim ki, bu məsələyə kim nəzarət edir. Futbolçu siyahımızdadı, onu izləyirik. Yaxın gələcəkdə onunla bağlı konkret nəsə olsa, mətbuata açıqlama veriləcək. Hələ ki dəqiq bir şey yoxdu. Lakin deyə bilərəm ki, yaxın zamanda onunla görüşüləcək və danışıqlar aparılacaq”.


Hazırda Rusiya ilə Ukrayna arasında müharibə davam edir. FIFA və UEFA şimal qonşularımızı bütün turnirlərdən uzaqlaşdırıb. Görəsən, bu amil Rusiyada yaşayan və çıxış edən azərbaycanlıların millimizdə çıxış etməsinə təsir edə bilər? İlqar Qurbanov məsələyə belə aydınlıq gətirdi:

“Müharibənin futbolumuza xeyrinin və ya ziyanının olduğunu bilmirəm. Rusiya premyer-liqasında çıxış edərək gəlib bizim millidə oynamaq bir az çətindi. Mən onları çox yaxşı başa düşürəm. Danışıqlar alınmayanda onlara etirazım olmur. Çünki belə olan halda Rusiya premyer-liqasında əcnəbi sayılırlar. Bu da onların əsas heyətdə yerini itirməsinə səbəb ola bilər. Amma ümumilikdə mən hamısını izləyirəm, əlaqə saxlayıram. Baş məşqçimiz hansısa futbolçuya maraq göstərirsə, onunla daha yaxından təmas qururuq. Bir çoxları ilə danışıqlar gedir. Lazım olanları da yığmaya dəvət etmişik. Məsələn, Rüstəm Əhmədzadə, Anatoli Nuriyev, Emil Mustafayev kimi oyunçular millilərimizdə çıxış edir. Kim yığmada oynamaq istəyirsə, ona qapımız həmişə açıqdı. Amma belə bir şey var ki, kim millidə oynamağa layiqdisə, onu da baş məşqçi dəvət edir”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma / Günün xəbəri

31-07-2022, 20:0

Ayaz Quliyev Azərbaycan millisində oynamaq ehtimalından danışdı

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
  • 21-07-2026, 23:0
    Gözlənilən təyinat rəsmən açıqlandı
Daha çox
Oxunub: 190
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə