"Barselona" hücumçu ilə yollarını ayırır

1.08.2022 20:06 451
Dünya futbolu
"Barselona" Martin Breytveytlə yollarını ayıracaq.

"Football-plus.az" "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi onu başqa kluba sata bilməsə, təzminat ödəyəcəyinə baxmayaraq onun müqaviləsinə xitam verəcək.

Danimarkalı forvardın "Barsa" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdi. Xavinin planlarına daxil olmasa da, forvard komandanı öz istəyilə tərk etmək istəmir.

Azad agent olacağı təqdirdə, "Selta" və "Xetafe" Martinlə müqavilə imzalamaq üçün mübarizə aparacaq.