Depay "Barsa"dan gedir?

5.05.2022 10:48 600
Dünya futbolu
"Barselona" rəhbərliyi Memfis Depayı komandadan göndərmək haqda düşünmür.

"Football-plus.az" xəbər verir ki, Kataloniya təmsilçisi mövsüm sona çatdıqdan sonra onunla müqavilə müddətini artıracaq.

Halbuki, "Barsa"nın mövsüm sona çatdıqdan sonra niderlandlı forvardı başqa kluba satacağı iddia edilirdi.

​Amma 28 yaşlı futbolçunun performansı məşqçilər korpusunu razı salıb. Klubla müqaviləsi 2023-cü ildə sona çatacaq forvardın "Barsa" ilə müqavilə müddətini iki il artıracağı ehtimal edilir.