• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ceyhun Sultanov: "Gedişat onu göstərir ki, AFFA hələ də Məmmədovun nəzarəti altındadı" - MÜSAHİBƏ

Müsahibə / Günün xəbəri

31-07-2022, 15:0

“Neftçi”nin idman direktoru postundan ayrılandan sonra Ceyhun Sultanov agent kimi fəaliyyət göstərir.

Veteran futbolçu ilə söhbətdə həm klublarımızın transfer fəaliyyətini dəyərləndirməyini istədik, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.

- Gələn həftə 31-ci ölkə çempionatına start veriləcək. Mövsümlərarası fasilədə premyer-liqa təmsilçilərinin transfer çalışmalarına münasibət bildirərdiz.
- Bu gün klubların büdcəsi nəyə imkan verir, ona uyğun da transfer edir. Fikrimcə, ötən yaydan fərqli bu dəfə elita təmsilçiləri “transfer bazarı”nda fəal oldular. Hələ qarşıda təxminən bir ay var. Ola bilsin, yeni keçidlərə də şahidlik etdik. Hələ ki, Avrokuboklarda çıxış edən komandalarımızın yeni transferlərini iş başında görmüşük. O biri klubların yenilərini gələn həftə meydanda izləyəcəyik. Onda daha dolğun fikir bildirmək mümkündü.

- Avrokuboklarda çıxış edən dörd klubdan ikisi mübarizəni dayandırdı. Sizcə, “Zirə” və “Qəbələ”nin mərhələ adlamasına nə mane oldu?
- “Zirə”nin şansının az olduğu ilk gündən bəlli idi. Tel-Əviv “Makkabi”si çox güclü rəqibdi. Bəlkə də Rəşad Sadıqovun komandası daha yaxşı transferlər kerçəkləşdirə bilsəydi, nəyəsə ümid edə bilərdi. “Qəbələ” də kasad heyətin qurbanı oldu. Belə oyunlarda futbolçu keyfiyyəti ön plana çıxır. Hər iki komandanın heyəti istənilən səviyyədə güclənsəydi, növbəti mərhələ barədə düşünmək olardı. Həm Rəşad Sadıqov, həm də Elmar Baxşıyev savadlı mütəxəssislərdi. Yenə sağ olsunlar ki, cavab qarşılaşmasında biri heç-heçə, digəri isə qalib gəlməklə ölkəyə reytinq xalı qazandırdılar.

- “Neftçi” “Aris”i mübarizədən kənarlaşdırsa da, futbol ictimaiyyəti “ağ-qaralar”ın oyunundan, xüsusilə ilk matçdan narazı qaldı. Siz bu barədə nə düşünürsüz?
- Unutmayın ki, avrokuboklarda asan rəqib olmur. Ən azı sənin səviyyəndə, bəzən səndən üstün rəqiblərlə qarşılaşmalısan. Yeni məşqçi, yenilənmiş kollektiv – bunlar hamısı özünü götərən amildi. İndi mən heç nə deyə bilmərəm, çünki, “Neftçi” mərhələ adlayıb. Qaliblər isə mühakimə olunmur. Ortada nəticə var, ancaq oyun planında hələ heç nə görünmür.

- Növbəti həftə “Qarabağ”ı “Ferentsfaroş”la, “Neftçi”ni isə “Rapid”ilə oyun gözləyir. Şansları dəyərləndirərdiz.
- Hər iki klubumuza uğurlar arzulayıram. “Qarabağ”ın keyfiyyətli futbolçuları və oyun planı var. “Neftçi”nin oyunçularının fərdi ustalıq səviyyəsi yüksək olsa da, dediyim kimi hələ ki, oyun planı sezilmir.

- Klub funksioenri kimi çalışmaz ürəyinizcədi, yoxsa agent kimi?
- Harda çalışmağımdan asılı olmayaraq, işimdən zövq alıramsa, bu mənə yetir. Funksioner kimi də işimdən zövq almışam, agent kimi də. Əsas odu bacardığın işin qulpundan yapışasan. Bir də onu vurğulayım ki, mən peşəkar agent deyiləm. Bu işə hobbi kimi baxıram. Funksioner kimi çalışmaq isə mənim işimdi.

- Uzun illərdən sonra premyer-liqada 10 komanda çıxış edəcək. Futbolumuzun arealının böyüməsi ölkə futboluna nə verəcək?
- 10 komandanın olması yaxşıdı, daha çox olmasını istərdim. Sadəcə, keyfiyyəti də yaddan çıxarmaq lazım deyil. Lap 16 komanda olsun, ortada keyfiyyət olmayandan sonra say artımının heç bir mənası qalmır. Bu gün elitada çıxış edəcək 3 komanda birinci divizion səviyyəsindədi. Onlara da diqqət ayrılmalı, işə yanaşma daha peşəkar olmalıdı. Yeni mövsümdə 5-6 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqsa, qalanları sonuncu olmamağa çalışacaq. Ölkə çempionatının keyfiyyətini artırmaq, milliyə yaxşı futbolçular yetişdirmək istəyiriksə, mütləq yanaşma dəyişməlidi. Yoxsa, 2-3 min manata legioner dəvət etməklə nəyəsə nail olmayacağıq. Bu say artımı közə kül üfürməyə bənzəyəcək.

- Yeni mövsüm ərəfəsində çoxları çempionluq uğrunda “Sabah”ın “Qarabağ”a əlcək atacağını düşünür...
- Bu gün üçün “Qarabağ” bütün rəqiblərindən üstündü. Bunu heç kim dana bilməz. “Sabah”a gəlincə, ad baxımından yeni transferləri diqqət çəkir. Ancaq oyunlarını görməmişik. Konkret olaraq, çempionluq uğrunda kimin “Qarabağ”a rəqib olacağını söyləmək çətindi. Bu “Neftçi”, “Zirə”, “Sabah” da ola bilər.

- Son günlərin ən çox müzakirə olunan mövzusu PFL prezidenti Ramin Musayevin istefa verməsidi. Sizcə, Musayev niyə postundan ayrıldı və yeni seçilən Elxan Səmədov ölkə futbolunda nəyi dəyişməlidi?
- Açığı, onun gedişi mənim üçün gözlənilməz oldu. Musayev ölkə futboluna çox şey verdi. Səmimi, futbolçuları və klubları başa düşən idarəçi kimi yaddaşlarda qalacaq. Rəsmi olaraq səhhətinə görə istefa verdiyi bildirilir. Belədisə, onu başa düşmək lazımdı, bir insan üçün səhhət hər şeydən vacibdi. Bundan sonra necə olacağını bilmirəm. Ancaq Ramin müəllim son illər ölkə çempionatının yeni mərhələyə yüksəlməsi üçün əlindən gələni etdi. Bu gün Avropada çempionatımız 29-cü pillədə qərarlaşıbsa, bu Musayev və onun komandasının gərgin əməyinin nəticəsidi. Fikrimcə, Ramin müəllim futboldan ayrılsa da, bütün futbolçular, futbol adamları onun hörmətini saxlayacaqlar. Vəzifə bu gün var, sabah yoxdu. Əsas odu insana kreslosuna görə yox, özünə qiymət verilsin.

- “Elxan Səmədov ölkə futbolunda nəyi dəyişməlidi” sualına cavab vermədiz...
- PFL-in yeni prezidentini yaxından tanımıram. Ancaq barəsində müəyyən informasiyam var. “Nəyi dəyişməlidi?” İş pirinsipini bilmirəm. Yalnız onu demək istəyirəm ki, rəhbər postda kimin olması vacib deyil. Əsas odu Azərbaycan futboluna fayda vermək üçün çalışsın, futbolumuzu daha üst səviyəyə qaldırsın.
- Sizə elə gəlmir ki, Elxan Məmmədovun AFFA-dan gedişindən sonra qurumda islahatlara başlanılıb...
- Bəli, bəzi dəyişikliklərin olduğunu görürük. Ancaq bu o demək deyil ki, islahatlar gedir, onun kadrları vəzifədən uzaqlaşdırılır. Gedişat onu göstərir ki, AFFA hələ də Məmmədovun nəzarəti altındadı.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet / Günün xəbəri

16-06-2022, 17:0

Premyer-liqanın 3 klubunun sponsoru icra başçıları olacaq

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə