Xəbər verdiyimiz kimi, "Neftçi" avqustun 4-də Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Rapid"i qəbul edəcək. UEFA bu oyuna təyinatları açıqlayıb. Avstriyalılarla oyunda əsas söz sahibi xorvat Dario Bel olacaq. Ona həmvətənləri Marian Tomasla Kristian Novosel yardım edəcək. 4-cü hakimin funksiyalarını da xorvat Patrik Kolariç yerinə yetirəcək. Hakim-inspektor türkiyəli Ahmet Ərzurumlu, UEFA nümayəndəsi isə isveçli Martin İnqvarsson olacaq.