“Marsel”in yeni oyunçusunun 27, yoxsa 34 yaşı var?

19.07.2022 15:48 332
Dünya futbolu
“Marsel” rəhbərliyi şok içindədi. Fransa klubunun müqavilə bağladığı Şansel Mbemba haqda qəribə məsələ ortaya çıxıb.

Football-plus.az xəbər verir ki, ötən mövsümün sonunda “Portu” ilə müqaviləsinin müddəti başa çatan Mbemba yeni klubuna azad agent kimi keçib. CNN- telekanalının xəbərinə görə, 27 yaşında olduğu bilinən futbolçunun əslində 4 (!) fərqli doğum tarixi var. Konqo Demokratik Respublikasında futbola başladığı ilk klubdakı sənədlərdə onun təvəllüdü 1988-ci il kimi göstərilir. Amma müdafiəçinin 1991, 1994 və 1995-cı il təvəllüdlü olduğuna dair sənədlər də var. Şansel “Portu”da 1994-cü il avqustun 8-də doğulan oyunçu kimi qeydiyyatdan keçib.

Deməli, indi onun 27 yaşı olmalıdı. FİFA məsələ ilə bağlı araşdırmaya başlayıb.