• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ramin Musayev "Lex"i "lox" adlandırdı - MÜSAHİBƏ

Manşet / Müsahibə

15-07-2022, 16:0

Bu gün premyer-liqanın 2022/23 mövsümünün püşkatması olub.

Football-plus.az xəbər verir ki, tədbirdən sonra PFL prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırdı...

- İlk turda "Kəpəz" "Zirəni qəbul edəcək. Bilirik ki, Gəncə stadionda problemlər var. Arena görüşləri keçirməyə hazırdı?
- Bir ay öncə nümayəndəmiz orda olub. Çatışmazlıq rəhbərliyə deyilib. AFFA rəhbərliyi də bilir ki, çatışmazlıqlar var. Amma söz veriblər ki, çempionat başalyana qədər bərpa olunmalıdı. Çatdıra bilməsələr, tələb etməliyik ki, həmin stadionda oyun keçirilməsin. Yəqin ki, ya "Dalğa Arena"ya gələrlər, ya hara gedərlər, bilmirəm.

- AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, mövsümün yekununa əsasən, bir komanda aşağı liqaya yuvarlanacaq, digəri yüksələcək. Bu, mümkündü?
- Bu, nə AFFA, nə də PFL rəhbərliyindən asılıdı. Hamısı maliyyə ilə bağlıdı. Yadınızdadısa, hər dəfə demişəm ki, qanun pozuntusuna yol versəm belə, həmin komandaları premyer-liqaya buraxmağı boynuma götürürəm. Bəziləri düşünürlər ki, bəzi klubların dağılmasında PFL və AFFA rəhbərliyi günahkardı. Amma belə deyil.

- "Turan Tovuz" ev oyunlarını Tovuzda günorta vaxtlarında keçirəcək? Çünki işıqlandırma ilə bağlı problemlər olduğu bildirilir...
- Tək işıqlandırmaya görə stadionu dəyişmək düzgün deyil. Şamaxıda da yoxdu. Ona az pul ayrılmır. Bunu bərpa etsələr, həmin komandanın yarım illik büdcəsi gedər. Onları bərpa etmək üçün zaman lazımdı. "Turan Tovuz"un stadionu məncə, liqanın oyunlarını keçirməyə hazırdır.

- Premyer-liqada komandaların sayının artması rəqabətə nə dərəcədə təsir edəcək?
- Ən azından oyunların sayı artır. Bütün çempionatın Bakıda keçirilməsi marağı da öldürürdü. Komandalar getsin, gözəl güşələrimizi də görsün. Ola bilər, “Turan Tovuz” və “Kəpəz” premyer-liqaya yeni qədəm qoyurlar. Amma əminəm ki, növbəti illərdə hər iki komanda öz gücünü göstərəcək.

- Sizcə, "Qarabağ" Çempionlar Liqasında "Sürix"i keçə biləcək?
- Belə düşünürdük ki, "Lex"i keçə bilməyəcək. Amma Qurban Qurbanov onların adını dəyişdi, "lox" etdi. Digər klublarımızın hər üçü də keçməlidi. Futboldu, 100 faiz heç nə demək olmaz. Borcumuz uğurlar arzulamaqdı. Nə kömək lazımdısa, etməliyik.

- Ramin Musayevi futbolumuzda narahat edən əsas məqam nədi?
- Onu otağıma gələrsən, danışarıq. Amma yaxşısı, “tet-a-tet”, mətbuat üçün yox, özümüz üçün. Komandaların sayı artdı ki, bu da sevindirici haldı. Topları da görəcəksiz. Toplarla bağlı problemimiz var. Qaydasına qoyulmalıdı. Bu il də komandalar AFFA tərəfdindən toplar hədiyyə olunacaq. VAR sistmi 1-ci turdan fəaliyyətə başlayacaq. Rəhbəri də türkiyəli mütəxəssisdir. Barış Şimşek Yıldırım bizimlədi. Maraqlandıq onunla, çalışqan adamdı. Ona kömək etmək borcumuzdu. Hardasa bir az da yerlimdi.

- Klublar stadionlarda media sektoruna önəm vermir....
- Bütün stadionlarda birinci tələbimiz jurnalistlərin oturacağı yerlərlə təmin olunmasıdı. Hansısa stadionda problemlə rastlaşsaz, həmin dəqiqə bizə məlumat verin. Heç kəsin ixtiyarı yoxdu ki, sizin xətrinizə dəysin.

- Uzun müddət hakimlər PFL-in nəzarətində oldu. AFFA-ya veriləndən sonra hakimlik lap aşağı səviyyəyə düşdü. Sizin dövrünüzdə yetişənlər də "itdi-batdı". Bu, sizi narahat edir?
- Burda AFFA-nı günahlandırmaq lazım deyil ki, xarici gəldi, hakimlərimiz belə oldu. Sözsüz ki, narahat olmaya bilmərik. Bəzi hakimlərimizi itirdik. Rəhim Həsənov FIFA referisi ola-ola hakimlikdən uzaqlaşdırılıdı. Səbəbi də bəlli deyil. Gedənin dalınca danışmazlar. Ən azından 3-4 nəfər qaldı. Buna da şükür.

- Klublara 3 milyon verilirsə, premyer-liqada sonuncu olan klub 1-ci diviziona yuvarlana və həmin məbləğ yuxarı qalxacaq tərəfə verilə bilərmi?
- Onsuz elə olacaq da. Bu il qərar verildi ki, liqada sonuncu yeri tutan diviziona yuvarlanacaq, aşağı dəstədə çempion olan yüksək liqaya gələcək. Amma ola bilər ki, "Qarabağ-2", "Zirə-2" çempion oldu, onları çempionata gətirə bilmərik. Elə komanda da çempion ola bilər ki, özü gəlmək istəməsin. Heç kimin haqqına girə bilmərik. "Neftçala" 3 il çempion oldu, amma gələ bilmədi. Həmin vaxt, doğurdan da, məsələ maliyyə idi. Amma bu il dövlət pul ayırırsa, həmin komandaya da şamil olunacaq. Bizim üçün fərqi yoxdu.

- İslam Həmrəliyi Oyunlarına görə fasilə olacaq?
- UEFA tərəfindən nəzərdə tutulubsa, hə.

- VAR sisteminə görə oyun 90 dəqiqə yox, uzun ola bilər. Burda yayın məsələsini necə tənzimləyəcəksiz?
- VAR sistemiylə bağlı rəhbərliklə görüşdük. Bu gün bir maşınları var və ondan bir oyunda istifadə edə bilərlər. Söhbət bölgələrdən gedir, Bakıdakı oyunlarla bağlı problem yoxdu. 80 km məsafədən istifadə olunurlar. Xahiş etdilər ki, yanvara qədər bölgələrdə eyni gündə iki oyun olmasın. Çünki çatdıra bilməzlər. Biz də belə qərar gəldik ki, hər turda üç gündən istifadə edək: cümə, şənbə və bazar günündən.

- Son günlər koronavirusa yoluxma sayı artır. Hətta qapalı məkanlarda maskadan istifadə etməyi təklif ediblər. PFL bu dəfə bu məsələyə daha hazırlıqlı olacaq? Operativ Qərargahla danışıqlar aparmısız?
- Püşkatmamışdan əvvəl Rövnəq müəllim çıxış etdi və göstəriş verdi ki, Operativ Qərargahla əlaqədə olun və tez-tez danışın. Ehtiyatlı olmaq lazımdı. İnsan üçün ən vacibi can-sağlığıdı. Sözsüz ki, pandemiya ilə bağlı peşəkarlaşmışıq. Əsasnamədə də pandemiya ilə bağlı qeydlər var. Böhran gəlsə, ona hazırıq. Çalışarıq ki, olmasın, Allahın işidi. Məlumatımız var ki, yoluxma sayı artır. 19-da "Qarabağ" oynayır. Rəhbərlik nə göstəriş verərsə, ona əməl etmək borcumuzdu.

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

9-04-2022, 16:0

"İşğaldan azad olunmuş bütün rayonlarda klub olacaq" - Ramin Musayev

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə