Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

5.07.2022 14:33 543
Yığma
Çimərlik futbolu millimiz Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Komanda Portuqaliyanın Nazare şəhərində İtaliya (3:7), Almaniya (6:5) və İspaniya (4:6) ilə qarşılaşıb. Bir qələbə yığmanın superfinala vəsiqə qazanmasını şərtləndirib.

Görəsən, baş məşqçi son görüşlər haqda nə düşünür? Avropa çempionatında hədəf nədi? Bu suallara cavab tapmaq üçün çimərlik futbolu yığmamızın çalışdırıcısı Zeynal Zeynalovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Almaniya ilə oyun çox çətin keçdi. Buna baxmayaraq, uşaqlara halal olsun, yaxşı oynadılar. Verdiyim tapşırıqların hamısına əməl etdilər. Ona görə də qələbə qazandıq. Bu da bizi finala çıxardı. Komandamı ancaq qələbəyə kökləyirəm. Əlimizdən gələn qədər çalışırıq ki, irəliləyək. Avropa çempionatında hədəfimiz ölkəmizi layiqincə təmsil edib, irəli getməkdi”.


Maraqlıdı, yığmanın superfinaldakı potensial rəqibləri məlumdu? Baş məşqçini eşidək:

“Xeyr. Hələ avqustda keçiriləcək bir oyun qalıb. Ondan sonra bizim də rəqiblərimiz məlum olacaq”.


ŞAİR ABDULLA