• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şəhriyar Məmmədyarov: "Azərbaycan şahmatçıları Şuşa turnirində böyük həvəslə iştirak edəcək" - MÜSAHİBƏ

Müsahibə

23-06-2022, 16:0

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarına cavab verib.

"Football-plus.az" həmin müsahibəni təqdim edirik:

-Ötən ay çoxlu sayda turnirdə iştirak etdiniz. Ümumilikdə nəticədən razı qaldınızmı?
-Turnirlərdə çıxışım istədiyim kimi alınmadı. Son yarış Norveçdəki yarış uğurlu oldu. Ona qədər “Grand Chess Tour” silsiləsindən olan turnirlərdə istədiyim kimi çıxış edə bilmədim. Buna səbəb ardıcıl çoxlu yarışda iştirak etməyim və ya hazırlığa lazımi vaxtı ayıra bilməməyimdi.

-Sıx təqvimdə mübarizə aparmaq nə qədər çətindi?
-Stavangerdəki “Norway Chess” turniri göstərdi ki, hər şey yaxşıdır. Ardıcıl turnirlərə görə yorğunluq özünü göstərir. Amma xoş hisslərdi. Şahmat oynamaq mənə hər zaman xoş olur. Stavangerdəki yarış və ya digər nüfuzlu turnirlərdə iştirak etmək dünya şahmatının bir parçası olmaq deməkdi. Güclü rəqiblərlə qarşılaşmaq hər zaman maraqlı olur.

-Norveçdəki turnirdə son turda Azərbaycanın iki güclü şahmatçısı üz-üzə gəldi. Teymur Rəcəbova qarşı partiya barədə fikirləriniz maraqlıdı?
-Uzun illər millidə qələbə uğrunda birgə mübarizə aparırıq. Amma bəzi anlar olur ki, orda dostluq unudulur. Son turda məğlubiyyət kimi qələbə da ola bilərdi, heç-heçə ilə yekunlaşma ehtimalı var idi. Əksəriyyət Teymurla daha çox heç-heçələri xatırlayır. Unutmaq olmaz ki, bir-birimizi çox yaxşı tanıyırıq. Bu yarışda son tur mənim üçün çox önəmli idi. Güzəştsiz mübarizə izlədik. Fikrimcə gözəl oyun oldu. Düzünü desəm qələbəyə çox yaxın idim, sadəcə o biri oyunlara çox baxdığıma görə problem yaşadım. Maqnus Karlsen, Vişvanatan Anandın oyunlarına diqqət edirdim. Xüsusi olaraq Maqnusun partiyasına baxırdım. Bu hal öz oyunuma mane oldu. Tam olaraq öz oyunuma diqqət etsəydim, qalib gəlməyə böyük şansım var idi. Təəssüflər olsun qalib gələ bilmədim. Stavanger turnirində birinci olmaq mənim arzum idi. Amma alınmadı.

-Nə vaxtsa düşünərdiniz ki, nüfuzlu turnirdə məhz Teymurla partiyadakı nəticəyə görə yarışın qalibi ola bilməyəcəksiz?
- Teymur dünyanın ən yaxşı şahmatçılarından biridi. Ona qalib gəlmək çox çətindi. Ümumiyyətlə, Stavangerdə zəif rəqib yox idi. Norveçdə güclü şahmatçılar üzərində qələbə qazanmağı bacardım. Son tura qədər çempion olmaq şansını saxlayırdım. Təsəvvür edin, son turda Maqnus qalib gəlməzdən 15 dəqiqə əvvəl hamı mənim birinci olacağımı düşünürdü. Çünki qalib gəlmək şanslarım yüksək idi. Əlbəttə son turda qalib gəlməməyim pis oldu. İndi düşünürəm ki, mənim üçün son turda başqa rəqib olsaydı, daha yaxşı olardı.

-İddiaçılar Turnirində çıxış edən Teymur Rəcəbovun şanslarını necə dəyərləndirirsiz?
-İddiaçılar Turniri çox çətin yarışdı. Bu turnirdə mübarizə aparmaq asan ola bilməz. Əksəriyyət gəncdi, üstəlik uzun müddət bu yarışa xüsusi hazırlıq keçiblər. Teymur İddiaçılar Turnirindən əvvəl Norveçdə oynadı. Təəssüf olsun ki, yarış Rəcəbovun yaxşı formada olmadığını göstərdi. Ona görə çox çətin mübarizə olacaq. Ümid edirəm çətin sınaqdan yaxşı çıxacaq.

-İyulda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəksiniz. Olimpiadanı millinin il ərzində ən vacib yarışı adlandırmaq olar?
-Əlbəttə, ən mühüm yarışlardan biridi. Ümumdünya Şahmat Olimpiadası şahmatçılarımızın ən zəif yeridi. Çünki bu yarışda heç vaxt medal qazanmaq qismət olmayıb. Hər dəfə biz olimpiadaya medal ümidi ilə yollanırıq. Hindistana uzun yol qət edəcəyik, ardınca ardıcıl yüksək oyun nümayiş etdirmək tələb olunur. Özümüzə inanırıq. Əlimizdən gələni edəcəyik. Federasiyamızın yeni rəhbərliyi hər bir şahmatçı ilə maraqlanır, hamıya kömək etməyə çalışır. Federasiya uğur qazanmaq üçün bütün şəraiti yaradıb. Ümidləri doğrultmaq üçün bütün turlarda sona qədər mübarizə aparacayıq.

-Tarixi Şuşa şəhərində şahmat üzrə beynəlxalq turnir keçiriləcək. Şuşa turnirində iştirak edəcəksiz?
-Şuşa turniri barədə oxuyanda çox həyəcanlandım. Azərbaycanda Bakıdan kənarda böyük şahmat turnirlərində iştirak etmişəm. Amma Şuşanın adı gələndə qeyri-adi hisslər yaşadım. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa arzulayıram. Şuşada turnirin olacağını oxumaq qürurvericidi. Azərbaycan şahmatçıları Şuşa turnirində böyük həvəslə iştirak edəcək. Ümid edirəm Şuşa turniri bu il başlayacaq və hər il ənənəvi olaraq təşkil olunacaq.

Paylaş:
Digər xəbərlər

İdman

30-05-2022, 11:0

Məmmədyarov və Rəcəbov mübarizəyə başlayır

İdman

14-05-2022, 18:0

Şəhriyar Məmmədyarov heç-heçə etdi

İdman

11-05-2022, 22:0

Şəhriyar Məmmədyarov heç-heçə etdi

İdman

31-05-2022, 11:0

Şahmatçılarımız "Norway Chess" turnirində iştirak edəcək - FOTOLAR

İdman

12-05-2022, 12:0

Şəhriyar Məmmədyarov rusiyalı şahmatçı ilə qarşılaşacaq

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Bu gün, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Bu gün, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə