"Vətənə uğurla dönməliyik"

23.06.2022 15:11 331
İdman
Azərbaycan millisinin kişi voleybolçusu Andrey Vasilenko federasiyanın mətbuat xidmətinə açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, o, İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat oyunlarında yaxşı çıxış etmək istədiklərini deyib:

“Hazırlığımız yüksək səviyyədə davam edir. Maydan etibarən güclü və gərgin məşqlərimiz keçir. Çıxış edəcəyimiz yarışların vacibliyini və qarşımızda duran məqsədlərimizi bilirik. Həm İslam Həmrəyliyi Oyunları, həm də Avropa çempionatının təsnifat oyunlarında yaxşı çıxış etməli və Vətənə uğurla dönməliyik.

Məşqçilərimiz hazırlığımızın ilk günündən çalışırlar ki, hər bir oyunçu qarşıdakı yarışlarda ən yüksək formada çıxış etsin. Hazırlığın növbəti mərhələsində yoxlama oyunlarında gücümüzü yoxlayacağıq. Bu oyunlar zamanı komandamızın hansı mövqelərində çatışmamazlıqlar varsa onları aradan qaldırmağa çalışacağıq. İnanıram ki, toplanışın yekununda ən yüksək formada olacağıq və əsas oyunlarda uğurla çıxış edərək, azarkeşlərimizi sevindirəcəyik”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul