
Yığma
700
17.06.2022, 10:56
De Byazi italyanlara da eyni bəhanəni etdi - AÇIQLAMA
Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində geridə qalan ilk 4 turu dəyərləndirib.
Football-plus.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən italiyalı mütəxəssis komandamızın hesabına cəmi 4 xal yazdırmasının səbəbini futbolçuların yorğun olmasında görür.
“Futbolçular mövsüm ərzində bütün güclərini sərf edirlər və sonda qüvvələri tükənir. Biz məşqçilər də bu durumdan məmnun deyilik. Qrupumuzda yer alan Qazaxıstanda çempionatın cəmi 10 turu geridə qalıb. Bu üzdən şərtlər hamı üçün eyni ola bilməz. Hətta onlar kağız üzərində daha güclü olan Slovakiyanı məğlub etdilər və 10 xalla qrupun lideridirlər. Bizdəki kimi mövsümün sonuna gəlmiş futbolçular yeni başlayanlarla eyni nəticəni verə bilməz”.