Slovakiya yığmasının heyətində ən fəallardan biri Lukaş Haraslin idi.
Onun qol istəyini ofsayd qeydə alan referi gözündə qoydu. Haraslinin oyunsonrası fikirləri:
“Bu, son günlərin hadisələrinə ən yaxşı reaksiya idi. 95 dəqiqəlik mübarizəyə tam köklənmişdik, hədəfimizə çataçağımıza, qələbə qazanacağımıza inanırdıq. Oyun çətin alındı, 1:0-a da 3 xal verilir, 3:0-a da. Sona yaxın fərqləndik, hərçənd daha tez qol vuracağımıza ümid edirdik. “Sən verirsən-sənə verirlər” əməliyyatı (qoldakı kombinasiyanı nəzərdə tutur – red.) qələbə topunu gətirdi. İnanın, Millətlər Liqasının sonuna qədər 1:0 hesablı qələbələr qazansaq, heç kim bizi söyməyəcək”.