• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elmar Baxşıyev: “Sırf avrokubok üçün yox, gücümüzə güc qatacaq futbolçular ilə maraqlanırıq” - MÜSAHİBƏ

Premyer-liqa

10-06-2022, 19:0

2022/23 mövsümündə ölkəmizi avrokuboklarda təmsil edəcək klublardan biri də “Qəbələ”di.

Bölgə təmsilçisi lider kimi başladığı mövsümü çətinliklə 4-cü pillədə bitirərək Konfrans Liqasında iştirak hüququ qazandı. “Qırmızı-qaralar” bunun üçün müvafiq işlər görməyə də başlayıb. İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Ruan Renato ilə müqavilə yenilənibsə, əsas heyətdə özünə yer tapa bilməyən Samet Karakoçla yollar ayrılıb. Elmar Baxşıyev Konfrans Liqasında uğurlu nəticə qazanmaq üçün əvvəlcə “Şamaxı”dan İlkin Qırtımovu heyətə qatmağı lazım bildi. Bir neçə gün öncə isə “Sabah”la başa çatan müqaviləsini yeniləməyən Səlahət Ağayevin “Qəbələ”yə keçidi rəsmiləşdi. Bölgə təmsilçisinin qarşıdakı planlarını öyrənmək üçün Elmar Baxşıyevlə danışdıq.

- Yeni mövsümə hazırlıq üçün nə vaxt bir araya gəlməyi düşünürsüz?

- İyunun 15-də Qəbələdə təlim-məşq toplanışına başlayacağıq. Doğma məkanda hazırlıq prosesi iki həftə nəzərdə tutulub.

- Toplanışın ikinci mərhələsi harda olacaq? Ölkə xaricinə yollanacaqsız, yoxsa burda qalaraq Konfrans Liqasına hazırlığı davam etdirəcəksiz?

- Qəbələdən sonra planda Türkiyədə toplanış keçmək var. Sadəcə, bir-iki detal qalıb. Onun üzərində müzakirələr gedir. Böyük ehtimalla hazırlıq prosesinin davamı Türkiyədə olacaq.

- Hələ ki ancaq müdafiəyə İlkin Qırtımov və qapı xəttinə Səlahət Ağayev cəlb olunub. Hər ikisi yetərincə təcrübəyə malik futbolçudu. Bu keçidləri özünüz istəmisiz?

- Təbii ki, hər iki futbolçunun təcrübəsi və istedadı hamıya bəllidi. Mənim istəyimlə transfer ediliblər.

- Nicat Mehbalıyevin aqibəti necə olacaq? Qolkiper bir neçə dəfə “Qəbələ”də qalmaq istədiyini bildirib. Ancaq yəqin ki, Səlahətin keçidi bu varinatı arxa plana atır...

- Nicat müqavilə ilə “Sabah”a məxsusdu. Bir az gözləməli olacaqdıq. Ona görə də Səlahətin üzərində dayandıq. Onun Masazır təmsilçisi ilə müqaviləsinin müddəti başa çatdı. Daha uyğun olduğuna qərar verdik. Nicat isə artıq “Qəbələ”dən ayrılıb.

- Əsasən heyətdə olan futbolçularla müqavilələri yeniləməyi lazım bildiz. Ayrılanlar olacaq?

- Hamı görür və bilirdi ki, heyətimiz o qədər də geniş deyil. Sadəcə, bu kollektivi qorumağın üzərində dayandıq. Əlbəttə, yeni oyunçu axtarışımız davam edir. Daha da güclənməyə ehtiyac var.

- Daha çox yerli, yoxsa legioner futbolçu transferinə üstünlük verəcəksiz?

- Yaxşı yerli futbolçu variantı olacaqsa, onun üzərində dayanacağıq. Olmaycaqsa, məcburən əcnəbi oyunçu transfer edəcəyik. “Sırf yerli və ya legioner olsun” deyə seçim etmirik. Konkret mövqelər üzrə hansı futbolçu komandanı daha da gücləndirəcəksə, onu heyətə qatacağıq.

- Bəzi mənbələrdə Rusiya və Ukrayna çempionatından çox sayda futbolçunun avrokuboklarda iştirak edəcək klublarımıza təklif olunduğu deyilir. “Qəbələ”yə necə, adı çəkilən liqalardan futbolçular təklif edilib?

- Sırf avrokubok üçün yox, gücümüzə güc qatacaq futbolçular ilə maraqlanırıq. Bir-iki oyunluq oyunçu istəmirik. Növbəti mövsüm üçün komandanı daha yaxşı formalaşdırmaq istəyirik.

- Urfan Abbasovun əməliyyatdan sonra bərpa prosesi necə gedir?

- Yaxşı hiss edir. Amma onun sağalması uzun çəkəcək. Ağır əməliyyat idi. Urfanın dönüşü 3-4 aydan tez olmayacaq.

- Son günlər hər kəsin diqqəti millinin üzərindədi. Səfərdə Qazaxıstana 0:2 hesabı ilə yenildiksə, Belarusla qolsuz bərabərliyə razılaşdıq. Yığmanın hazırkı durumu ilə bağlı nə deyə bilərsiz?

- Ümumilikdə hər iki oyunda qələbə qazana bilərdik. Əlbəttə, qol vurmasan, qalib gələ bilməyəcəksən. Hiss olunur ki, komanda imkanları dəyərləndirməkdə əziyyət çəkir. Yığmaya inanmaq lazımdı, o hamımızındı.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Günün xəbəri

9-06-2022, 13:0

“Qəbələ”, nəhayət, seçimini etdi

Ölkə futbolu

30-06-2022, 16:0

Transfer dosyesi - YENİLƏNİR

Ölkə futbolu

22-05-2022, 13:0

"Qəbələ" üç futbolçu ilə müvaqilə müddətini uzatdı

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 696
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə