• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Vicdanı, kişiliyi, xarakteri olan insan çörək qazandığı yerə necə tüpürər?” - MÜSAHİBƏ

Müsahibə

6-06-2022, 21:0

İlkin Qırtımov mövsümlərarası fasilədə “Şamaxı”nı “Qəbələ”yə dəyişdi.

Təcrübəli müdafiəçi yeni komandasının heyətində Konfrans Liqasında çıxış edəcək. Onunla əlaqə saxlayıb bu və başqa mövzular ətrafında söhbətləşdik.

- 2021/22 mövsümünə “Keşlə” kimi başlayan, sonra “Şamaxı” adı altında çıxış edən sabiq komandan “qara zolaq”dan niyə çıxa bilmədi?
- Həqiqətən də yola saldığımız mövsümə yaxşı başlamadıq. Ardıcıl uğursuzluqlar komandada ruh düşkünlüyü yaratdı. Komandanı toparlamaq üçün çox çalışdıq, amma alınmadı.

- Söz-söhbət yayıldı ki, “Şamaxı”nın futbolçuları bilərəkdən oynamır. Bunlar nə dərəcədə həqiqəti əks etdirir?
- Komandada ruh düşkünlüyü üzündən psixoloji vəziyyətimiz ürəkaçan olmadı. Bunu dana bilmərik. Amma “futbolçuların bilərəkdən oynamaması” fikri böhtandı. Bəzi “jurnalistlər” belə qara piarla diqqəti çəkmək istəyir. Belə xəbərlər komanda daxilində boş-boş söhbətlərin yaranmasına gətirib çıxarırdı. “Şamaxı”nın kapitanı olduğum müddətdə özüm və kollektiv adından əminliklə deyə bilərəm ki, bilərəkdən oynamamaq halları olmayıb. Meydanda zəif, rabitəsiz oyunlarımızla diqqət çəkmişik, amma kiminsə acığına oynamamaq, oyun satmaq kimi işlər olmayıb. Hətta Sənan Qurbanovla da bir neçə dəfə bu barədə söhbət edərək, onu əmin etmişik ki, futbolçular elə naxələflik etməz. Az da olsa, vicdanı, kişiliyi, xarakteri olan insan necə çörək qazandığı yerə tüpürər? Bir daha deyirəm, mövsüm ərzində olduqca zəif çıxış etdik, amma nə komandamıza, nə də onun rəhbərliyinə qarşı nakişilik etmişik.

- “Şamaxı”nı həm də ona görə qınayırlar ki, mövsümə başlayanda uğurlu transferlər həyata keçirmədi. Bu qınaqlarda həqiqət var?
- Zəif çıxışımızın səbəblərindən biri gedən futbolçuların yerini layiqincə dolduranların gəlməməsidi. Sezar Meza Kolli kimi oyun qurucusu, Vüsal İsgəndərli kimi sürəti, reydləri, Azər Salahlı kimi müdafiənin cinahında etibarlı oyunu ilə seçilən, Anatole Abanq kimi qol duyumu olan futbolçuların yoxluğu özünü göstərdi. Başqa səbəb 2 il ölkə xaricində təlim-məşq toplanışı keçirə, güclü klublarla yoxlama oyunlarında özümüzü sınaya bilməməyimizdi. Düşünürəm ki, bu nüanslar klub büdcəsinin azalması ilə bağlıdı. “Şamaxı”ya gələcəkdə uğurlar arzulayıram.

- Mövsüm başa çatan kimi “Qəbələ”yə keçdin. Niyə bölgə təmsilçisini seçdin?
- Mövsüm başlayanda çoxları düşünürdü ki, “Qəbələ” autsayder olacaq. Amma hamını təəccübləndirərək çempionatda ən yaxşı hücum futbolu oynayan komandalardan biri olduqlarını göstərdilər. Sonda “Qəbələ” haqq etdiyi Konfrans Liqasına vəsiqəni təmin etdi. Elmar Baxşıyev həqiqətən döyüşkən, mübariz komanda formalaşdırıb. Düşünürəm ki, hər bir yerli futbolçu belə komandanın üzvü olmağı arzulayar. “Qəbələ”də özümü yaxşı tərəfdən göstərəcəyimə inanıram.

- Səncə, “Qəbələ” Konfrans Liqasında heç olmasa, iki mərhələ keçə biləcək?
- Uğurun birinci qanunu sarsılmaz inamdı. Ardınca inandığın məqsəd uğrunda tər tökməkdi. “Qəbələ” qitəmiqyaslı yarışlarda tarix yazmış klublarımızdandı. Bu faktın özü bizi güclü inama, mübarizəyə səsləyir. Yola saldığımız mövsümdə bölgə təmsilçisi uğurlu çıxışı ilə rəqiblərinə başağrı ola bildisə, deməli, Konfrans Liqasında da bunu təkrarlaya bilərik. Yeni komandam üçün əlimdən gələni edəcəm ki, uğurlar qazansın.

- Çoxları deyir ki, “Qarabağ” son mövsümdə asan çempion oldu. Bu fikirlə razısan?
- Çempionluq kiməsə müftə verilmir ki, asan olsun. “Qarabağ”ın maliyyə vəziyyəti və heyətindəki futbolçuların səviyyəsi qalan komandalardan güclüdü. Bu faktdı. Amma gəlin 4 dövrədən, 28 oyundan ibarət çempionatımıza baxaq. Ağdamlılar 28 oyunun 7-də büdrəyib. Hətta autsayder “Səbail”lə uduzub. Elə mənim şərəfini qoruduğum “Şamaxı” mövsüm ərzində “köhlən atlara” qarşı keçirdiyi 4 oyunun ikisindən xal qoparmağı bacarıb. Həmçinin kubokun final matçını götürək. “Zirə”nin “Qarabağ”a müqavimət göstərib, matçın taleyini penalti seriyasına daşıdığını və orda uduzduğunu gördük. Bütün sadaladıqlarımdan sonra necə demək olar ki, “Qarabağ” çox asan “qızıl dubl” etdi?! Qurban Qurbanovun rəhbərlik etdiyi komanda alın təri ilə layiq olduğu titulları qazandı.

- Yığma Millətlər Liqasının seçmə mərhələsində mübarizə aparacaq. Komandanın sabiq üzvü kimi bu barədə nə deyə bilərsən?
- Milli yalnız futbol camiəsini yox, bütün xalqımızı təmsil edir. Ona görə komandaya daim inanmalı, yanında olmalı və uğurlar gözləməliyik. Yığmaya Qazaxstan, Belarus, Slovakiya ilə oyunlarda uğurlar arzu edir, qələbə gözləyirəm.

- Artıq 32 yaşın var. Daha neçə il oynamağı düşünürsən?
- Hələ 31 yaşım var, inşallah, noyabrda 32 olacaq (gülür). Özümü yaxşı hiss edirəm, artıq çəkim, zədəm yoxdu. Öz üzərimdə daim işləyirəm. Hələ ki oynamaq eşqim və gücüm var. Nə vaxt meydanda fiziki cəhətdən çatdıra bilmədiyimi görsəm, karyeramı bitirəcəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-05-2022, 19:0

"Komandada ruh düşkünlüyü var idi" - Şamaxının baş məşqçisi

Premyer-liqa

23-05-2022, 18:0

"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirdi

Premyer-liqa

16-04-2022, 18:0

"Şamaxı"dan antirekord

Aktual / Premyer-liqa

6-04-2022, 11:0

"Keşlə" rəsmən "Şamaxı" oldu - RƏSMİ

Aktual
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Son xəbərlər
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Dünən, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Dünən, 14:36
    "Səbail"dən daha bir transfer
  • Dünən, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Dünən, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Dünən, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Dünən, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Dünən, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Dünən, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Dünən, 11:23
    Romadan Milana üz tuta bilər
  • Dünən, 10:52
    Parisi tərk edəcək
  • Dünən, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Dünən, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Dünən, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Dünən, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Dünən, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
Daha çox
Oxunub: 308
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 294
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 264
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 261
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə