Whoscored.com statistika portalı Azərbaycan üzərində 2:0 hesabıyla qələbə qazanan Qazaxıstan yığmasının oyunçuları üçün qiymətləri açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, qazaxların heyətində bir neçə epizodda komandasını xilas edən, qapısını toxunulmaz saxlayan İqor Şatski 8,3 balla ən yaxşı olub. Dubl edən Abat Aymbetov 8,2, müdafiəçi Nuralı Alip isə 7,8 alıb. Whoscored ən aşağı qiyməti sonradan meydana çıxan hücumçu Atrur Şuşenaçevə verib - 5.9.
Sən Allah, bizim futbolçulara qiymət verməyin. Onlara 2-dən başqa nə düşür ki?! Onu da qazaxlar verdi!