• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ceyhun Sultanov: "Ümumiyyətlə, Azərbaycan futbolu Bakıdan çıxmalı və bütün bölgələri əhatə etməlidi" - MÜSAHİBƏ

Müsahibə

21-05-2022, 15:0

“Neftçi”nin idman direktoru olduğu vaxt daim mətbuatın maraq dairəsindəydisə, klubdan ayrılandan sonra sanki bir qədər kölgəyə çəkilib.

Söhbət Ceyhun Sultanovdan gedir. Dünən onunla əlaqə saxladıqda əvvəlcə “ölkədə deyiləm, müəyyən işlərlə bağlı bəzi görüşlərim planlaşdırlıb. Axşam danışarıq” söylədi. Sonra dediyi vaxtda vədinə əməl edərək, özü bizə əlaqə saxladı. Sultanovla qısa söhbətdə bir çox mətləbə toxunduq.

- Sabah (bu gün) keçiriləcək son turun oyunları ilə çempionat başa çatacaq. Nə gözləyirdiz, sonda nə gördüz?
- Yekun turnir cədvəli gözlədiyim kimi də oldu. Ola bilsin, “Sabah” bir qədər məni yanıltdı. Çünki mövsümün əvvəlindən bu komandadan çox şey gözləyirdim. Ancaq ilk dövrəni boşa verdilər. “Qəbələ”nin də avrokuboklara yollanması mənim üçün bir qədər gözlənilməz oldu. Ancaq onu da deyim ki, Elmar Baxşıyevin çalışdırdığı komanda mövsümboyu sərgilədiyi oyunla qitəmiqyaslı turnirə yollanmağı haqq etdi. Ola bilsin, heyətin kasad olması onların işini bir qədər çətinləşdirmişdi. Heyət geniş olsaydı, rahat oynaya bilərdilər. Komanda sonda istəyinə çatdı ki, onları da buna görə təbrik etmək lazımdı.

- Son turun nəticələrindən asılı olmayaraq, avrokuboklara qatılacaq 4 komandanın adı bəllidi. Necə düşünürsüz, təmsilçilərimiz bu yay qitə səhnəsində uğurlu çıxışla bizi sevindirə biləcək?
- İlk növbədə həmin komandaların qarşısına qoyulan turnir hədəfini bilmək lazımdı. Eləsi var ki, qarşısına qrup mərhələsinə düşməyi məqsəd qoyub, eləsi də olur, 2-3 mərhələ keçməyi artıq uğur kimi qiymətləndirir. “Zirə”, “Neftçi”, “Qəbələ” Konfrans Liqasında uğur qazanmaq istəyirsə, heyəti mütləq gücləndirməlidi. Hər komandada axsayan mövqelər var. Bu yöndə yalnız “Qarabağ” istisnadı. Ağdamlıların heyəti yetərincə güclüdü. İlkin mərhələ üçün kifayət edir. Ancaq Çempionlar Liqası kimi mötəbər turnirdə daha da uzağa getmək istəyirlərsə, daha dəqiq desəm, qrup mərhələsi barədə düşünürlərsə, heyət bir qədər də güclənməlidi.

- “Neftçi”dən ayrılandan sonra qısa müddətdə yeni adı “Şamaxı” olan “Keşlə”də idman direktoru kimi çalışdız. Ordan gedəndən sonra artıq xeyli vaxtdı işsizsiz. Bu müddətdə hansısa klubdan iş təklifi almısız?
- “Keşlə”də çalışdığım 6 ayı da nəzərə almayın. “Neftçi”dən ayrılandan sonra heç bir klubdan iş təklifi gəlməyib. Açığı, heç gözləmirəm də. Çünki premyer-liqanın 8 klubundan, demək olar, 5-i AFFA-nın nəzarəti altındadı. Assosiasiya da istəyir ki, daim onlara baş əyən, dediklərini sorğu-sualsız yerinə yetirən funksionerlərlə işləsin. Mən isə heç vaxt elə olmamışam, bundan sonra da olmayacam. Kim mənə hörmət edəcək, ona hörmətlə yanaşacam, hörmət qoymayanı isə əzib keçəcəm. Bu gün ölkə futbolunun inkişafına cavabdehlik daşıyanların heç biri üçün futbol ictimaiyyətinin fikri önəmli deyil. Onlar yalnız öz bildiklərini edirlər.

- Niyə bu qənaətə gəlmisiz?
- İcariyyə Komitəsinin son qərarlarından sonra bir daha buna əmin oldum. Gündəliyə salınan məsələlər hardan gəlir? Təbii ki, klubların istəyi ilə hansısa məsələ müzakirəyə çıxarılır. Müzakirələrdən sonra həmin təklifi ya qərar kimi qəbul edirlər, ya da lazımsız bilib qəbul etmirlər. Məsələn, limit məsələsində olduğu kimi. Əksər klublar limitin götürülməsini istəyirdi. Ancaq İcraiyyə Komitəsi nə etdi? Limiti olduğu kimi saxladı. Bu da o deməkdi ki, AFFA-da oturanlar üçün klubların fikri önəmli deyil, hər məsələdə bildiklərini edirlər. Sonra da deyirlər ki, komitə üzvləri belə qərar verdi. Ay qardaş, orda səs verənlərdən biri çıxıb demir ki, bu qərarı nəyə əsaslanıb qəbul ediblər. Futbolumuzu düşünürsüzsə, klubların istəyi nəzərə alınmalıdı, yox, özünüzü düşünürsüzsə, açıq deyin, hamı bilsin. AFFA-da və İcraiyyə Komitəsində səsvermə hüququ olanların heç biri futbol camiəsinin istəyini nəzərə almır.

- Bəs 21 yaşadək futbolçularla bağlı limitin ləğvi barədə nə düşünürsüz? Bəziləri bunun lehinə, bəziləri isə əleyhinədi.
- Bizim vaxtımızda 21 yaşadək futbolçularla bağlı limit tətbiq olunmurdu. Məgər onda futbolçu yetişmirdi? Limit oldu-olmadı, futbolçu yetişəcək. Bu da lazımsız qərar idi.

- Yeni mövsümdən premyer-liqada 10 komanda çıxış edəcək. “Turan Tovuz”la “Kəpəz”in elitaya gəlişi ölkə futboluna nə verəcək?
- İki aydan bir maaş verəcəklərsə, heyətə səviyyəsiz futbolçular cəlb olunacaqsa, bu komandaların gəlişi ilə heç nə dəyişməyəcək. Ən yaxşı halda premyer-liqanın coğrafiyası genişlənəcək. Normal maliyyə olacaqsa, nəyəsə ümid etmək mümkündü. Ümumiyyətlə, Azərbaycan futbolu Bakıdan çıxmalı və bütün bölgələri əhatə etməlidi. Ancaq yenə deyirəm, klublar normal büdcəyə malik olmalıdı.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

27-04-2022, 17:0

Nail Kərimov “Qəbələ”nin növbəti tur 4-cü pilləyə dönəcəyinə ümid edir - AÇIQLAMA

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə