
Dünya futbolu
75
17.05.2022, 19:16
Bütün fransalı legionerləri qabaqladı
Kərim Benzema karyerasında növbəti mükafata layiq bilinib.
Mövsümü fantastik keçirən “Real”ın hücumçusu Fransa Futbolçular İttifaqının versiyasına görə 1-ci yeri tutub. O, cari mövsümdə Fransadan kənarda çıxış edən ən yaxşı legioner üçün nəzərdə tutulan mükafata sahib çıxıb.
Bu mükafata Usman Dembele (Barselona), Nqolo Kante (Çelsi), Teo Ernandes və Mayk Menyan (hər ikisi “Milan”) da iddia edirdi.