• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Lill” üçün inanılmaz cəza: iki “qırmızı”, üç penalti...

Dünya futbolu

7-05-2022, 22:0

Sanşeş 5 saniyə içində iki sarı vərəqə aldı.

“Futbol+”də “turun axmaqlığı” rubrikası olsaydı, heç şübhəsiz, ötən həftənin qəhrəmanl kimi Renato Sanşeşi seçərdik. 5 saniyə içində iki sarı və ardından qırmızı vərəqə alan portuqaliyalı yarımmüdafiəçi üçün bundan yüngül ifadə seçmək çətindi.

“Lill” Fransa çempionatında 2020/21 mövsümünün qalibi idi. Ancaq indi çətin bu uğurla öyünmək hayında ola. Joslen Qurvennekin komandası hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Şimallı itlər” 35-ci turda autsayderlərdən “Trua” önündə darmadağın oldu – 0:3. Bütün qolları penaltidən buraxdılar.

Artıq ilk yarının sonunda – 43-cü dəqiqədə VAR-ın da yardımı ilə Tristan Dinyomun yerdə qalmasını qiymətləndirən hakim Villi Delajo ilk penaltini təyin etdi. Meydan sahibləri bu yolla önə çıxsalar da, poruqaliyalı Sanşeşin yersiz qovulması məğlubiyyətdə həlledici rol oynadı.

Portuqaliyalı 50-ci dəqiqədə oyundaşı Burak Yılmazın yol verdiyi fola görə şikayətləndi. Rəqibin müdafiəçisi Julian Byankonu artistlikdə ittiham edən Renato referidən ilk “sarı”nı aldı. Ancaq sakitləşmədi və jestlərlə eynək və ya binokl göstərdi. Hakim zərrəcə düşünmədən dərhal cibindən növbəti dəfə sarı vərəqə çıxardı. Beləliklə, tarixə düşəsi, 5 saniyə içində gerçəkləşən qovulma baş tutdu. Halbuki portuqaliyalı bu zaman kəsiyində nə kobudluq etdi, nə də topa toxundu. Qəzəbli Sanşeş hakimə, sadəcə, jestlərini izah etməyə çalışsa da, Delajo fikrindən dönmədi. Portuqaliyalını meydandan oyundaşları çıxardı, “Lill” isə bundan sonra “yatdı”. Bir neçə dəqiqə sonra “Trua” daha bir penaltini qola çevirdi – bu dəfə İke Uqboya qarşı kobudluq qeydə alınmışdı.

68-ci dəqiqədə “Lill”dən daha bir oyunçu qovuldu – yuxarıda adını çəkdiyimiz Burak əks-hücumun qarşısını almaq üçün meydanın mərkəzində rəqibin kapitanını “sürüşmə” fəndi ilə qarşıladı. Sərt Delajo dərhal “qırmızı”ya əl atmaqla Burakı şoka saldı. Türk hücumçu da qəzəbli baxışlarla paltardəyişmə otağına yollandı.

Oyunun sonunda – 86-cı dəqiqədə hakim Yasser Larusiyə qarşı kobudluğa görə “Lill”in qapısına 3-cü penaltini təyin etdi. Qonaq futbolçular artıq Delajonun qərarına ironiyalarını gizlətmədilər, onu alqışladılar.

“Lill” son 30 ildə Fransa çempionatında bir çempionat oyununda iki qırmızı vərəqəyə “layiq görülən”, qapısına üç penalti təyin olunan ilk komandadı.

Əlbəttə, çempion mövsüm ərəfəsində belə aqibət arzulamırdı. “Lill”in prezidenti Olivye Letan belə hesab edir ki, komandasını son turda cəzalandırıblar:

“Hər kəs nəyin baş verdiyin gördü. Ötən həftə bir məktub gördüm, onun əsasında anladım ki, “Trua” aprelin 24-də - “Nitsa” ilə oyunda bir neçə penalti qazanmalıydı. Ancaq qazanmadı. Hakimlik mövzusuna qayıtmaq istəmirəm, ancaq VAR-ın səviyyəsi və faydası ilə bağlı qeydlərimizi çatdırmalıyıq. Həmin məktubdan və həftə ərzindəki bütün polemikalardan sonra hələ qapımıza ilk penalti təyin olunmamış yanımda əyləşənləri nələrin olacağından xəbərdar etmişdim. Təəssüf ki, haqlı çıxdım”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-05-2022, 20:0

Burak Yılmaz “Lill” ilə vidalaşdı

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Bu gün, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə