Zlatan İbrahimoviç növbəti iddialı açıqlaması ilə diqqəti cəlb edib.
“Milan”ın hücumçusu MLS-dəki çıxışını xatırlayıb. ABŞ çempionatının ən yüksək liqasında 2018-19-cu illərdə “Los Anceles Qalaski”nin formasını geyən isveçli 58 oyuna 53 qol vurub və 15 məhsuldar ötürmə edib. 40 yaşlı Zlatanın bu göstəriciləri xüsusi diqqət tələb edir:
“MLS bir neçə il əvvəl mənə sağ-salamat olduğumu hiss etmək imkanı verdi. Bu liqaya çox minnətdaram. Amma mən bu turnir üçün çox yaxşı oyunçu olmuşam. Nəticələrim bu fikrimi təsdiqləyir. MLS-də oynamış ən yaxşı futbolçu mənəm! Bu, mənim eqom deyil, faktdı. Ağır zədədən sonra MLS-dəki çıxışımın yaşıl meydana güclü dönüşüm üçün ən yaxşı variant olduğunu düşünürəm. Mən bu liqadakı vaxtımı çox məhsuldar keçirmişəm”.