PFL-dən “Qarabağ”a qarşı...

24.04.2022 14:31 862
Ölkə futbolu / Manşet
Bu gün premyer-liqada 24-cü turun oyunları keçiriləcək.

Hazırda turnir cədvəlində vəziyyət elədi ki, “Qarabağ” Qəbələ səfərindən 3 xalla dönəcəyi, “Neftçi” isə “Səbail” ilə matçda xal itirəcəyi halda Ağdam təmsilçisi çempionluğu rəsmiləşdirəcək.

Hadisələrin axarı biz qeyd etdiyimiz ssenari üzrə reallaşacağı halda, PFL-in sayəsində çox təəssüf ki, Qurban Qurbanovun komandası çempionluğu ürəkdolusu qeyd edə bilməyəcək. Çünki, ağdamlıların oyunu “ağ-qaralar”ın matçından tez başalayacaq. “Qarabağ” qələbə qazanacağı təqdirdə belə ən tezi saat 21.45-də başa çatacaq “Səbail” – “Neftçi” qarşılaşmasının nəticəsini gözləməlidi. Yaxşı olardı ki, çempionatın təşkilinə cavabdehlik daşıyan qurum bu nüansı nəzərə alıb Bayılda və Qəbələdə keçirilən oyunların başlama vaxtını eyni saata salardı.

Olmaya PFL rəsmiləri bu məqamı gözdən qaçırdıb? Məsələ ilə bağlı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin fikirlərini öyrəndik:

“Əvvəlcə onu bildirim ki, 4 oyunun hamısının bir gündə keçirilməsi sırf kubokun cavab qarşılaşmalarına görədi. O ki qaldı “Neftçi” və “Qarabağ”ın oyunlarının eyni saatda keçirilməsinə, bu təcrübədən çempionatın sonuna 2-3 tur qalmış istifadə olunur. İndiki halda buna ehtiyac yoxdu. Tutaq ki, siz dedyiniz ssenari 15 və ya 20-ci turda yaşana bilər. Təqvimə uyğun olaraq da, “Qarabağ” şənbə, “Neftçi” bazar günü oyun keçirilməlidi. Onda nə etməliyik? Belə çıxır ki, işimizi ehtimallar üzərində qurmalı, təqvimi alt-üst etməliyik. 5-ci tur bu variant alınmadı, sonra? 16, 17, 18-ci turlarda da eyni addım atmalıyıq? Belədə premyer-liqanın təqvimi alt-üst olur. Biz də bu məqamları nəzərə alırıq. Siz dedyiniz məsələ ehtiyac duyulduğu halda son turlarda olacaq. Yəni futbolçuların meydana təzyiq altında çıxmaması, müəyyən xoşagəlməz söz-söhbətlərin qarşısını almaq üçün xüsusi əhəmiyyət kəsb edən qarşılaşmalar eyni gündə və eyni saatda başlayacaq”.


RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul