• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Beyləqanlılar stadionu “Füzuli”yə verməkdən imtina edib - MÜSAHİBƏ

Manşet / Müsahibə / Günün xəbəri

16-04-2022, 17:0

Həftəsonu Region Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək. “Füzuli” “Xan Lənkəran”ı qəbul edəcək.

Bu görüş ətrafında maraqlı proseslər baş verir. “Füzuli”nin rəsmi “feysbuk” səhifəsi əvvəlcə oyunun Horadiz Olimpiya İdman Kompleksində keçiriləcəyini elan etdi. Daha sonra görüşün “ASK Arena”da baş tutacağı bəlli oldu. Görəsən, bunun səbəbi nədi? Sualımıza cavab tapmaq üçün “Füzuli”nin prezidenti Bəşir Əliyevlə əlaqə saxladıq. Klub rəsmisi ilə “sarı-qaralar”ın gələcəyi, “Xan Lənkəran”la oyun və başqa məsələlər barədə söhbətləşdik.

- Qarşıda çox maraqlı oyun var. Əvvəlcə elan olundu ki, görüş Horadiz Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. Daha sonra məkan dəyişdi. Bu dəyişikliyin səbəbi nədi?
- Dediklərinizin hamısı doğrudu. Horadiz Olimpiya İdman Kompleksinin stadionun ot örtüyünün yararsız vəziyyətdə olması səbəbindən ev oyununu başqa arenaya salmalı olduq. Seçimimiz isə həmişə istifadə etdiyimiz məkandı. Oyun “ASK Arena”da baş tutacaq.

- Ot örtüyünün standartlara uyğun olmadığını özünüz müəyyənləşdirdiz, yoxsa...
- Xeyr. Əlbəttə, bu bizim seçimimiz olmadı. AFFA nümayəndələri stadionun durumu ilə bağlı video və fotolar istədilər. Biz də onların tələblərini yerinə yetirdik. Federasiya nümayəndələrinin cavabı müsbət olmadı. Onlar bildirdilər ki, ot örtüyü oyunu keçirmək üçün uyğun deyil. Biz də məcbur qalıb arenanı dəyişdik. Hətta oyunun keçirilməsi ilə bağlı elan da verilmişdi. Amma istəyimiz alınmadı.

- Həmin elanları biz də görmüşük. Oyunun biletinin dəyəri 3 manat idi. Stadionun dəyişməsi hansı təşkilati işlərin üstündən xətt çəkdi?
- Min bilet çap etmişdik. Oyun günü hamısının tükənəcəyinə əmin idik. Çünki Füzuli camaatı futbolu çox sevir və həmişə komandaya dəstək olur. Bundan başqa, oyunun böyüklüyünü nəzəzə alıb, tamaşaçıların gələcəyini düşünürdük. Biletin 3 manat olması maddi baxımdan bizə çox böyük kömək olacaqdı. Çünki “Füzuli”nin heç bir rəsmi sponsoru yoxdu. Rayon ictimaiyyətinin hesabına ayaqüstə qalırıq. Bu səbəbdən də bilet satışı təşkil etmək istədik. Ən azı futbolçularımıza oyun üçün mükafat vəd edə bilərdik. Çox təəssüf ki, alınmadı. Yenə də yük komandanın, şəxsən mənim üzərimə düşdü. Yaxın ətrafım, dost-tanışım, hər dəfə komandaya dəstək olan insanların sayəsində bu problemi də həll etməyə çalışacağıq.

- Niyə başqa stadion yox, məhz “ASK Arena”?
- Bizə ən yaxın olanı Beyləqan rayon stadionu idi. Təəssüf ki, 3 xalla qrupdan çıxa bilməyən “Mil” komandası ev oyunumuzu Beyləqan stadionunda keçirməyimizə razı olmadı. Canları sağ olsun.

- “ASK Arena”nın tutumu Horadizdəki Olimpiya İdman Kompleksinin stadionundan dəfələrlə çoxdu. Nə üçün indiki halda da bilet satışı təşkil etmək istəmirsiz?
- Bu barədə düşünmüşdük. Lakin sonradan məşqçilər və digər rəsmi şəxslər ilə məsləhətləşdikdən sonra buna lüzum görmədik.

- Dəfələrlə həm sizin, həm də klubun sosial şəbəkə hesablarında komandaya dəstək olduğuna görə kimlərəsə təşəkkür edirsiz. Bəzən direktorlara, bəzən həkimlərə müraciət edirsiz. Bu vəziyyət 1-ci divizionda iştirak edənə qədərdi? Ümumiyyətlə, vəziyyətin düzəlməsi üçün nələr edirsiz?
- Əsas hədəfimiz 1-ci divizionda iştirak etməkdi. Bacarığın hara qədərdisə, hədəfin də ora qədər olur. Futbolçuların potensialına inanıram. Amma düşünürəm ki, Region Liqasının qalibi olsaq, 1-ci diviziona vəsiqə qazansaq da, sponsor problemi yaşanacaq. Fikrimcə, divizionun marketinq baxımından və daha peşəkar olduğunu nəzərə alıb, iş adamları komandaya maraq göstərəcək. Buna görə də axtarışdayıq. Hələ bilmirik, işlər necə olacaq. Ümid edirik ki, 1-ci divizionda iştirak etsək, yeni sponsor cəlb edə biləcəyik.

- Bizdə olan məlumata görə, bu gün ölkə xaricinə yollanırsız. Bəlkə başqa dövlətlərdən hansısa şirkəti klubunuza dəstək olmağa cəlb edəsiz?
- Bu haqda düşünmüşük. Amma hansısa şirkətin və təşkilatın “Füzuli”yə sponsorluq etmək üçün maddi marağı olmalıdı. Bunun üçün gərək 1-ci divizionda çıxış edək. Bu liqanın potensialı daha çoxdu. Düşünürəm ki, ölkə daxilindən hansısa şirkəti cəlb edə biləcəyik. Mən bunu dəqiq demirəm. Amma nə zamansa olacaq.

- Şəhərin deputatı Vüqar Bayramov dəfələrlə sizə dəstək olub. Bəlkə ona deyəsiz, dövlət vasitəsi ilə komandaya sponsor tapsın?
- Biz dəyərli deputatımızla məsləhətləşmələr apardıq. Vüqar Bayramov mllət vəkili statusu ilə AFFA-ya müraciət edib. 44 günlük Vətən müharibəsində işğaldan azad olunan, şəhid qanı ilə yuyulan, müqəddəs torpaq olan Füzuliyə federasiyanın diqqət göstərəcəyini düşünürük. Məncə, qurum bizə kömək edəcək.

- Bir az da oyun haqda danışaq. Bir çoxları düşünür ki, “Xan Lənkəran” cütün favoritidi. Bu, sizi qorxutmur? Komandanı qələbəyə necə motivasiya edəcəksiz?
- Bəli, “Xan Lənkəran” bütün meyarlara görə bizdən üstündü. Klub rəhbərliyi komanda üzvlərinə həvəsləndirici mükafatlar verir. Amma bizim futbolçular bir ideya, məqsəd uğrunda vuruşur. Onlar bu yolda can qoymağa hazırdılar. Region Liqasında komandanın üzvlərinə ən aşağı qonorarı biz veririk. Amma bizim uşaqlar meydanda can qoyur, çalışır, vuruşur, məşqçilərin dediyini yerinə yetirirlər. Burda xarakter məsələsi var. Onlar mənəvi döyüş aparırlar. Buna görə də bizim üçün fərqi yoxdu. Meydanda kim qarşımızda olur-olsun, qələbə qazanmağa çalışacağıq.

- Sonda azarkeşlərinizə nə demək istəyirsiz?
- Füzulinin həm imkanlı, həm də sadə vətəndaşlarına səslənirəm. Bəziləri var ki, bizim rayonun avtomobil seriyası olan “19”a 5-6 min manata yaxın pul xərcləyir. Onlara deyirəm ki, özünüzü göstərmək əvəzinə komandaya belə məqamlarda kömək olmaq lazımdı. Əsl füzulili olduğunuzu bu şəkildə göstərə bilərsiz. Bakıda onminlərlə insanımız yaşayır. Oyunumuzu izləməyə, komandamıza dəstək olmağa çağırıram. İnanıram ki, ürəyi Füzuli eşqi ilə döyünən şəxslər matç günü “ASK Arena”da olacaqlar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

7-04-2022, 19:0

“Füzuli”nin prezidenti “Xan Lənkəran”a “meydan oxudu” - MÜSAHİBƏ

Aktual
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Bu gün, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə