Azərbaycanda oynamış futbolçu Estoniya klubunda

7.04.2022 09:09 557
Dünya futbolu
Velves Santos Ukraynanın "Lvov" komandasından ayrılıb.

Braziliyalı hücumçu Estoniya təmsilçisi "Nomme Kalyu"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı oyunçu mövsümün sonuna qədər icarə əsasında Tallin klubunda çıxış edəcək.

Mövsümün ilk yarısında "Zirə"də icarədə olan Velves Santos cəmi 2 oyunda "qartallar"ın formasını geyinib.