• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Everton”un iflası davam edir, ancaq Lempard razıdı

Dünya futbolu

8-04-2022, 23:0

Liverpul təmsilçiləri premyer-liqanın cari mövsümündə fərqli qrafik cızırlar.

Şəhərin eyniadlı komandası “Mançester Siti” ilə amansız çempionluq mübarizəsi aparırsa, Frenk Lempardın “Everton”u heç cür “uğursuzluq zolağından çıxa” bilmir. Növbət mövsümü çempionşipdə keçirmək təhlükəsi yetərincə realdı. Komanda aprelə “Everton” önündəki məğlubiyyətlə başladı.

Lempard 8 oyunun altısında uduzub

Təbii ki, London səfəri “Everton” üçün asan olmayacaqdı – Devid Moyesin komandası Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır. İlk yarıda hesabı cərimə zərbəsini ideal yerinə yetirən “Vest Hem”in cinah müdafiəçisi Aaron Kressuell açdı. “Liverpul”un yetirməsi (Aaronu akademiyadan xaric ediblər) qolu düz “Everton” azarkeşlərinin qarşısında qeyd etdi. Komandalar 2-ci hissədə hərəyə bir qol vurdu – Meyson Holqeyt hesabı bərabərləşdirdi, ancaq Cerrod Bouen yenidən “çəkicdöyənlər”i irəli çıxardı. “Everton”un məğlubiyyətdən qurtulması mümkün olmadı. Maykl Kin 65-ci dəqiqədədə qırmızı vərəqə almaqla komandasının vəziyyətini bir qədər də çətinləşdirdi. Bu, “Everton”un oyunçularının son üç turda aldığı 3-cü qırmızı vərəqə idi.

Maraqlıdı ki, Lempard oyunun keyfiyyəti ilə bağlı heç bir problem görmür. Onun fikirləri: “Hər şey əleyhimizə cərəyan edir: qərarlar, oyun epizodları, qırmızı vərəqələr. Futbolçuları, onların xarakterini, ümumilikdə göstərdikləri oyunu ittiham edə bilmərəm. Oyunumuzda müsbət məqamlar çoxdu, irəlidə hələ 10 oyun var”.
Amma fanatlar nikbinlik üçün əsas tapa bilmir. Lempard komandaya yanvarın sonunda – Rafael Benitesin istefasından sonra gəlsə də, yaxşılığa doğru heç nə dəyişməyib. Frenkin dövründə keçirilən 8 oyundan 6-sı məğlubiyyət, 2-si qələbə (“Lids” və “Nyukasl” üzərində) ilə bitib. Üstəlik komanda ölkə kubokunda mübarizəni “Kristal Pelas”dan aldığı biabırçı məğlubiyyətdən (0:4) sonra dayandırıb.

Səfər oyunlarının statistikası daha qorxuncdu. “Everton” İngiltərənin peşəkar liqalarında 2022-də səfər qələbəsinə həsrət qalan (“Bernli” ilə dünənki oyundan əvvəl yazılıb – red.) yeganə komandadı. Mövsümün əvvəlindən bəri səfər oyunlarında mümkün 45 xaldan 6-sı qazanılıb, yeganə qələbə avqustda “Brayton” üzərində olub.

“Everton” çempionşipə yuvarlana bilərmi?

“Vest Hem”ə məğlubiyyətdən sonra Liverpul komandası 17-ci yerdə qaldı və düşmə zonasından cəmi 3 xal irəlidədi.
15. Nyukasl 30 7 10 13 33-54 31
16. Lids 31 7 9 15 35-68 30
17. Everton 28 7 4 17 30-49 25
18. Uotford 30 6 4 20 29-57 22
19. Bernli 28 3 12 13 22-40 21
20. Norviç 30 4 6 20 18-63 18

İlk baxışdan vəziyyət faciəvi görünmür – “Everton”un ehtiyatda bir neçə oyunu qalıb. Çempionşipə yuvarlanmaq təhlükəsi ilə üzləşən komandaların da sayı çoxdu. “Norviç”i yalnız möcüzə xilas edə bilərsə, “Lids”, “Uotford”, “Bernli” və “Nyukasl” azarkeşləri də indi səksəkə içində yatıb-dururlar. Lempard komandasının oyununda gördüyü pozitiv məqamlara arxalanıb, qalan 10 oyunda vəziyyəti dəyişəcəyinə inanır. Amma “Everton”un təqvimi heç də yaxşı deyil.

19-cu turdan təxirə salınan oyun, 6 aprel: Bernli - Everton
32-ci tur, 9 aprel: Everton – Mançester Yunayted
33-cü tur, 17 aprel: Everton – Kristal Pelas
18-ci turdan təxirə salınan oyun, 20 aprel: Everton – Lester
34-cü tur, 24 aprel: Liverpul – Everton
35-ci tur, 1 may: Everton – Çelsi
36-cı tur, 7 may: Lester – Everton
30-cu turdan təxirə salınan oyun, 11 may: Uotford - Everton
37-ci tur, 15 may: Everton – Brentford
38-ci tur, 22 may: Arsenal – Everton

Gördüyünüz kimi, qalan 10 oyundan dördü “böyük altılıq” komandaların qarşı olacaq. Tədricən özünə gələn “Lester”lə də iki oyun var. Üstəlik “Everton” birbaşa rəqibləri – “Bernli” və “Uotford” ilə səfərdə oynayacaq. Cari mövsümdə səfərdə hansı nəticələrin qeydə alındığı yada salsaq, heç-heçəyə belə təminat vermək çətindi. Premyer-liqa oyunlarının şərhi üzrə ixtisaslaşanlar belə hesab edirlər ki, komanda premyer-liqada yerini qorumaq üçün 40 xal toplamalıdı. “Everton”un hələ 25 xalı var. Bu isə o deməkdi ki, komanda qalan 10 oyundan 5-də qələbə qazanmalıdı (və ya 3 qələbə, 6 heç-heçə də bəs edir). Yox, 40 xal toplamaq mümkün olmasa, ümid qalır başqa komandaların daha pis çıxış edəcəyinə.

Klubun sponorlarla bağlı problemi var

Elita ilə vidalaşmaq “Everton” üçün fəlakət olardı. İş ondadı ki, klubun maliyyə durumu da çətinləşib.

• Klub martın əvvəlində Əlişir Usmanovun şirkəti USM ilə sponsorluq müqaviləsini pozdu. Klubun rəsmi sahibi Fərhad Moşiri yox, məhz özbək əsilli rusiyalı biznesmen əsas səhmdar idi və qərarlar verirdi. Lempardla danışıqları məhz Usmanov aparmışdı. Bundan başqa, USM gələcək stadionun ad hüququna yiyələnmək üçün hərracın iştirakçıları sirasında olmaq niyyəti ilə “Everton”a 30 milyon funt ödəmişdi. Usmanov kluba dəstək verməsə, çətin olacaq.

• Klubun İngiltərə “maliyyə feyr-pleyi” ilə bağlı problemi var. “The Athletic”in informasıyasına inansaq, “Everton”un son üç il üçün borcu 265 milyon funtdu ki, bu da yol verilən həddən (105 milyon) çox yüksək məbləğdi. Bu üzdən yay transferlərinə cəmi 1,7 milyon funt xərclənib. Qış transferlərinin pulunu isə Lüka Dini “Aston Villa”ya satmaqla ödəyiblər.

• Premyer-liqadan getmək mükafat məbləğlərinin və teleyayın hüququnun satışından gələn paranın azalması deməkdi. Oyun günü gəlirləri o qədər azalmayacaq – çempionşipdə dolu tribunalar önündə oynayan “Vest Hem” və “Nyukasl” nümunəsi var.

Sponsor ödənişləri kəskin şəkildə azalacaq. Yayda “Everton”un titul sponsoru – “Cazoo” şirkəti ilə müqaviləsinin müddəti bitir. Klub fəal şəkilfə yeni sponsor axtarışına girişib, ancaq premyer-liqada olmayacaqsansa, yüksək məbləğə iddia etmək çətindi. Hazırda “USM Finch Farm” adlanan məşq bazası ilə bağlı da problem var.

• Başqa vacib aspekt maaşlardı. “Everton” maaş cədvəlinin həcminə görə premyer-liqanın 7-ci komandasıdı. Əksər oyunçuların müqaviləsində komanda elitadan gedəcəyi təqdirdə mükafatların azaldılacağı ilə bağlı bənd var. “Norviç” tipli komandalarda belə bənd maaş cədvəlinin avtomatik 3-4 dəfə kiçilməsi deməkdi. “Everton”da isə heç də hamının müqaviləsində bu bənd yoxdu. Baha futbolçuları çempionşipdə saxlamaq büdcəyə böyük zərbədi. Belədə az pul qarşılığında satmalı olacaqlar. Ən qiymətli aktivlərin, məsələn, Rişarlisonun da qiyməti aşağı düşəcək. Onsuz da maliyyə problemləri üzündən adı çəkilən futbolçunu saxlamaq çətindi.

Klubun yeni tarixində gələcəyi müəyyənləşdirmək baxımından ən həlledici an yetişib. “Everton” premyer-liqadan gedərsə, “Sandelend”in acı taleyini təkrarlaması tam realdı. Pulla yaxşı davranmayan bu komanda indi çempionşipdən də aşağı dəstədə yarışır...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2022, 18:0

Lempard niyə cərimələnib?

Dünya futbolu

6-04-2022, 19:0

Lempard antirekorda imza atdı

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 159
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 130
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə