“Ağ-qaralar”ın yubileyi “Qəbələ” ilə matça təsadüf etdiyindən PFL kiçik jest kimi oyunun başlama vaxtını 19.37-yə dəyişdi. Təbii ki, həmin gün ən böyük hədiyyəni paytaxt təmsilçisi 4:0 hesabıyla qalib gəlməklə özü-özünə etdi. Ancaq bizi qarşıda nələrin gözlədiyindən xəbərimiz yoxdu. Görəsən, “Neftçi” rəhbərliyi irimiqyaslı tədbirlər keçirməyi düşünürmü? Bunu öyrənmək üçün flaqmanın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisinin “Football-plus.az” saytına açıqlaması belə oldu:
“85 illiiklə bağlı il ərzində müxtəlif layihələrimiz olacaq. Bura həm azarkeşlərin, həm veteran futbolçuların, həm də media nümayəndələrinin marağına səbəb olacaq və onların da iştirak edə biləcəyi tədbirlər daxildi. Hazırda plan qurulub və onun əsasında da iş gedir. İndi tam nələrdən ibarət olduğunu deməyim düzgün deyil. Onu deyə bilərəm ki, “Neftçi”nin 85 illiyi ilə bağlı mərhələli şəkildə tədbirlər həyata keçirəcəyik”.
SƏNƏM FƏRHADOVA


